"Rusiyadan enerji idxalının dayandırılması əhali və sənayeyə ciddi zərər vuracaq" - İRİ ŞİRKƏTDƏN XƏBƏRDARLIQ
Avropanın ən böyük enerji şirkəti sayılan Almaniyanın RWE AG şirkəti Almaniyaya Rusiya enerji resurslarının idxalını dayandırmaqdan çəkindirərək bunun əhaliyə və sənayeyə ciddi zərər vuracağını qeyd edib.
Bu barədə " "Financial Times" xəbər verir.
"Mən sanksiyaları mümkün qədər genişləndirmək çağırışlarını çox yaxşı başa düşürəm. Yenə də məqsədimiz Rusiya rəhbərliyini mümkün qədər zəiflədərək Ukraynaya dəstək verməkdir. Lakin təəssüf ki, biz əsasən enerji sektorunda, Avropanın, xüsusilə də Almaniyanın Rusiyadan yüksək asılılığını etiraf etməliyik", - RWE-nin baş direktoru Markus Krebber bildirib.
O qeyd edib ki, Rusiya Federasiyasından enerji idxalının dərhal dayandırılması Almaniyada yaşayış binalarının qızdırılması üçün ağlasığmaz nəticələrə səbəb olacaq. Bundan əlavə, elektrik enerjisinin uzun müddət kəsilməsi sənaye istehsal müəssisələri, həmçinin kiçik və orta biznesə uzunmüddətli ziyan vuracaq.
Krebber onu da qeyd edib ki, RWE Almaniya hökumətinin Rusiyanın enerji resurslarından asılılığı azaltmaq planlarını dəstəkləyir və lazım gələrsə, 3,5 giqavata qədər kömürlə işləyən istehsalı bərpa etməyə hazırdır. Baş direktor bildirib ki, şirkət Böyük Britaniyada sıradan çıxmış kömürlə işləyən elektrik stansiyalarını artıq işə qaytara bilmir, lakin Britaniya hökuməti ilə "yaşıl" enerji sahəsində layihələrin sürətli icrası ilə bağlı danışıqlar aparır.
Bundan əvvəl RWE və onun rəqibi Almaniyanın "Uniper SE" şirkəti Rusiya tədarükçüləri ilə yeni uzunmüddətli müqavilələr imzalamayacaqlarını, lakin mövcud müqavilələr çərçivəsində xammal almağa davam edəcəklərini açıqlamışdılar.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 58 d. əvvəl
-
-
1 saat əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
1 saat əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Norm Sement zavodunun istehsal gücü artırılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
Ən çox oxunanlar
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ

























