Moskva birjasında dolların məzənnəsi tarixdə ilk dəfə 100 rublu ötüb
Rusiya valyutasının çöküşü Ukraynada müharibənin başlamasından sonra Mərkəzi Banka və Rusiya banklarına qarşı görünməmiş sanksiyalar fonunda baş verir.Moskva birjasının məlumatına görə, bugün 1 dollar 106,45 rubla çatıb. Moskva birjasında dolların məzənnəsi tarixdə ilk dəfə olaraq 100 rubl həddini keçib. Rubl 28% ucuzlaşıb.
Marja xəbər verir ki, Avronun məzənnəsi 22,06% bahalaşaraq 119,69 rubl olub.
Bazar ertəsi, fevralın 28-də, Rusiya Mərkəzi Bankının qərarına əsasən, Moskva Fond Birjasının valyuta bazarında ticarət Moskva vaxtı ilə saat 10:00-da açılıb.
Tənzimləyici rublun məzənnəsini sabitləşdirmək üçün bir sıra tədbirlər görüb - valyuta intervensiyalarına (dollar satır) başlayıb və əsas faiz dərəcəsini kəskin şəkildə illik 20%-ə çatdırıb.
Eyni zamanda, Maliyyə Nazirliyi ixracatçıları valyuta gəlirlərinin 80%-ni bazara satmağa məcbur edəcəyini açıqlayıb.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
8 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
10 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 12 saat əvvəl
-
12 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək



























