Bu il sərvətini 6,4 milyard dollar artırıb
"Forbes" jurnalının siyahısında olan 104 rusiyalı milyarderdən 74-ü bu il ərzində sərvətlərini 101,39 mlrd. ABŞ dolları artıraraq 576,72 mlrd. dollara çatdırıb.
"Forbes"in məlumatına görə, təkcə ən uğurlu 10 milyarder öz kapitalını 74,51 mlrd. dollar artırıb. Sərvətini bu il ən çox artıranlar arasında "Telegram" mesencerinin təsisçisi Pavel Durov (+13,81 mlrd. dollar), "Wildberries" e-ticarət şirkətinin rəhbəri Tatyana Bakalçuk (+11,92 mlrd. dollar) və "Avroxim"in İdarə Heyətinin üzvü Andrey Melniçenko (+10,6 mlrd. dollar) olub. Dekabrın 20-nə P. Durovun sərvəti 17,24 mlrd. dollar, T. Bakalçukun sərvəti 13,02 mlrd. dollar, A. Melniçenkonun sərvəti isə 25,37 mlrd. dollar təşkil edib.
Rusiyanın ən böyük özəl neft-qaz şirkəti olan "Lukoil"un rəhbəri Azərbaycan əsilli Vahid Ələkbərov cari ildə sərvətinin artımına görə "Forbes"un rusiyalı milyarder reytinqində beşinci olub. O, bu il sərvətini 6,44 mlrd. dollar artıraraq 26,16 mlrd. dollara çatdırıb.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
12 saat əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
1 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
1 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 gün əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi






















