EKVİTA və tərəfdaşları bir qrup müharibə veteranının peşə təhsilini maliyyələşdirəcək
(®) Bu gün həyata keçirilən açılış mərasimində BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli, EKVİTA şirkətinin direktoru İlqar Mehti və Millət Vəkili Tural Gəncəliyev çıxış ediblər.
Tədbir boyunca layihənin gələcək prespektivləri müzakirə olunub, “Qarabağa Dönüş” İctimai Birliyin sədri, millət vəkili Tural Gəncəliyev xüsusilə bildirib ki, bu təşəbbüs Qarabağın dirçəldilməsi üçün insan resurslarının hazırlanması baxımından əhəmiyyətlidir və hazırda yüksək peşə təhsilli kadrlara ehtiyac vardır.
“EKVİTA bu kimi layihələrə dəstək olmağa daima hazırdır və digər tərafdaş şirkətləri də aktiv iştiraka səsləyir”,- deyə EKVİTA şirkətinin təsisçisi və direktoru İlqar Mehti öz çıxışı zamanı bildirib.
Qeyd edək ki, layihə çərçivəsində müharibə veteranlarının altı ay ərzində “Kulane” tədris mərkəzində təhsil alması nəzərdə tutulur. Vətən Müharibəsi iştirakçılarının təhsil xərcləri ilə bərabər nəqliyyat xərcləri də EKVİTA və tərəfdaş şirkətlər tərəfindən maliyyələşdiriləcəkdir. Layihə “Qarabağa Dönüş” İctimai Birliyinin təşkilatı dəstəyi ilə baş tutur.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
16 saat sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
49 d. əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 21 saat əvvəl
-
23 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO






















