Azərbaycan gələn il bərpa olunan enerjinin payını 22%-ə çatdırmaq niyyətindədir
2022-ci ildə bərpa olunan enerjinin Azərbaycanın ümumi enerji istehsalındakı payını 22%-dək çatdırılması planlaşdırılır.
Bu barədə Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Ammayev "Azərbaycanda Bərpa Olunan Enerji – Ən Son Trendlər və İnkişaf" mövzusunda keçirilən onlayn brifinqində deyib.
Onun sözlərinə görə, hazırda bu göstərici 17% təşkil edir. 2030-cu ilin üçün bərpa olunan enerjinin ümumi enerji istehsalındakı payını 30%-ə çatdırılması hədəfə alınıb.
Bundan əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazov CAREC-in virtual Enerji İnvestisiya Forumunda bildirib ki, yaxın aylarda müxtəlif layihələr çərçivəsində Azərbaycan bərpa olunan enerji mənbələri sektoruna 500 mln. ABŞ dolları həcmində xarici investisiya cəlb edəcək və günəş və külək enerjisi sahəsində nəzərdə tutulan bu layihələrin ümumi gücü 470 MVt təşkil edəcək.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 75,6 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3% azdır. Günəş enerjisi ilə işləyən stansiyalar tərəfindən isə 47,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (+15,8%).
Bundan əlavə, yanvar-oktyabr aylarında Azərbaycanda 21 245,7,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 7,2% çoxdur. İstehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-oktyabr aylarında 20 592,4 mln. kVt-saat təşkil edib (+7,6%).
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
10 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
16 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























