ABŞ-da inflyasiya 39 ilin ən yüksək səviyyəsində
ABŞ-da Noyabr ayına dair inflyasiya məlumatları açıqlanıb. Dünyanın ən böyük isstisadiyyatında inflyasiya 6,8% təşkil edib. Bu rəqəm 1982-ci ildən bu yana ən yüksək inflyasiya rəqəmi olaraq qeydə alınıb.Noyabrda ABŞ-da illik inflyasiya 6,8%-ə çatıb ki, bu da son 39 ilin ən yüksək göstəricisidir.
2021-ci ilin noyabrında ABŞ-da illik inflyasiya oktyabrda olan 6,2%-ə qarşı 6,8%-ə qədər sürətlənib. Ölkənin Əmək Nazirliyinin məlumatına görə, aylıq ifadədə istehlakçı qiymətləri 0,8% artıb.
Ekspertlər illik inflyasiyanın 6,7% olacağını gözləyirdilər.
Ötən ay ABŞ-da istehlak qiymətlərinin artım tempi 1982-ci ildən bəri ən sürətli olub.
Məlumatda qeyd olunduğu kimi, ABŞ-da noyabrda benzin, mənzil, ərzaq və nəqliyyat vasitələrinin qiymətlərində ciddi artım müşahidə olunub.
ABŞ-da artıq altıncı aydır ki, inflyasiya 5%-i ötüb.
Analitiklərin fikrincə, bu cür qiymət artımları ona gətirib çıxaracaq ki, mərkəzi bank kimi çıxış edən ABŞ Federal Ehtiyat Sistemi vaxtından əvvəl Xəzinə istiqrazlarının alınması proqramını dayandırsın və baza faiz dərəcəsini qaldırsın.
XXX
ABŞ-da Noyabr ayında istehlakçı qiymətləri indeksi (inflyasiya göstəricisi) ötən ilin eyni dövrü ilə müqayisədə 6,8% artım qeyd edib.
Marja xəbər verir ki, bu nisbət 1982-ci ildən bu yana ən yüksək artımdır.
İqtisadçıların proqnozu qiymətlərin illik müqayisədə 6,7% artacağı istiqamətində idi.
Aylıq müqayisədə isə inflyasiya 0,8% təşkil edib. İnflyasiyanın oktyabr ayı ilə müqayisədə 0,7% olacağı gözlənilirdi.
Baza inflyasiya göstəricisi (ərzaqlar və enerji xaric inflyasiya) illik 4,9%, aylıq isə 0,5% təşkil edib.
İqtisadi artımın sürətləndiyi, məşğulluğun artmaqda davam etdiyi və qiymətlərin sürətləndiyi bir mühitdə Fed-in faiz artıracağı qaçılmazdır.
Həmçinin oxu
Azərbaycanda iki reklam şirkəti birləşdiMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 39 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























