"Fitch" Rusiyanın suveren reytinqini “BBB” olaraq təsdiqləyib
“Fitch” beynəlxalq reytinq agentliyi Rusiyanın uzunmüddətli xarici valyutada kredit reytinqini “BBB” investisiya səviyyəsində saxlayıb.
Marj.az-ın məlumatına görə, Agentliyin açıqlamasında bildirilir ki, xarici valyutada qısamüddətli kredit reytinqi "F2" səviyyəsində təsdiqlənib.
"Rusiyanın "BBB" səviyyəsində kredit reytinqi xarici fiskal balansın sabit səviyyəsi və ÜDM-ə nisbətdə dövlət borcunun aşağı səviyyəsi ilə dəstəklənir", - agentlik bildirib.
Eyni zamanda, Rusiya üçün geosiyasi risklər, zəif idarəetmə, aşağı potensial ÜDM artımı və yüksək resurs asılılığı mövcuddur.
Agentlik həmçinin qeyd edib ki, Rusiya hərbi qüvvələrinin Ukrayna sərhədi boyunca toplanması ilə bağlı xəbərlər ölkənin geosiyasi və sanksiya riskini artırır. Bununla belə, ekspertlərin fikrincə, faktiki işğal ehtimalı qeyri-müəyyən olaraq qalır. Beləliklə, ilkin ssenaridə "Fitch" Ukrayna ilə bu münaqişənin açıq müharibəyə çevriləcəyini gözləmir.
Bununla yanaşı, "Fitch" əlavə sanksiyalar riskini yüksək hesab edir. Ancaq Agentlik ölkənin enerji sektoruna qarşı irimiqyaslı sanksiyaların və ya Rusiya banklarının ABŞ dolları ilə əməliyyatlar aparmasını qadağan edən sanksiyaların mümkün olmadığını hesab edir.
Agentlik həmçinin qeyd edib ki, ABŞ-ın, Rusiyanın rublla ifadə olunan dövlət borcuna qarşı aprel ayında tətbiq etdiyi sanksiyalar az təsirli olub.
"Fitch" 2021-ci ildə Rusiya iqtiadiyyatının daxili tələbin artması ilə 4,4% artacağını, 2022-ci ildə 2,6%-ə qədər yavaşlayacağını proqnozlaşdırır.
Agentlik dekabrda Rusiya Federasiyası Mərkəzi Bankının əsas faiz dərəcəsinin 0,75 baza bəndi artıraraq 8,25%-ə yüksəldəcəyini proqnozlaşdırır. "Fitch" inflyasiyanın 2022-ci ilin sonunda 4,4%-ə düşəcəyini və 2023-cü ildə 4%-lik hədəfə qayıdacağını təxmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz



























