"Freedom Holding" Amerikanın broker şirkəti "MKM Partners"i alır
"Freedom Finance"ın ana şirkəti "Freedom Holding Corp" Amerikanın broker şirkəti "MKM Partners"i satın almaq üçün müqavilə imzalayıb.
Marja.az xəbər verir ki, "MKM Partners" ABŞ-ın ən böyük broker şirkətlərindən biridir. Şirkət fond bazarında ticarət əməliyyatları ilə məşğul olur, analitik araşdırmalar aparır, daşınmaz əmlak obyektlərinin qiymətləndirilməsini aparır. Şirkətin baş ofisi ABŞ-ın Konnektikut ştatının Stamford şəhərində yerləşir.
Razılaşmanın şərtlərinə görə, sövdələşmə nağd pul və "Freedom Holding Corp"un adi səhmləri ilə ödəniləcək. Sövdələşmə Amerikada qiymətli kağızlar bazarında tənzimləyicisi - FINRA tərəfindən təsdiqlənməlidir.
“MKM Partners" institusional qiymətli kağızlar ticarəti, birja ticarəti və bazar araşdırması sahəsində 30 ildən artıq təcrübəyə malik "Wall Street" firmasıdır. O, ABŞ-da ən böyük şəbəkələrdən birinə və yüksək peşəkar analitik komandaya malikdir. Bu sövdələşmə sayəsində biz beynəlxalq fəaliyyətimizi gücləndirə və Amerika bazarında mövcudluğumuzu genişləndirə biləcəyik”, - deyə “Freedom Finance”ın təsisçisi və “Freedom Holding Corp.”un baş direktoru Timur Turlov müqaviləni şərh edib.
"Freedom Holding Corp" dünyanın on ölkəsində maliyyə xidmətləri göstərir. Holdinqin səhmləri NASDAQ-da ticarət olunur. Şirkətin kapitallaşması 4 milyard dolları ötür. "Freedom Holding Corp"un fəaliyyəti BŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən tənzimlənir.
"Freedom Holding Corp" 2021-ci ilin fervral ayda 152 min ABŞ dollar nizamnamə kapitalı ilə "Freedom Finance Azerbaijan" MMC şirkətini təsis edib. Azərbaycan nümayindəliyi 9 nəfər əməkdaşı ilə fond bazarları haqqında intensiv təlimlər təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 14 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























