Sərnişdaşıma şirkətlərinə dizel yanacağına görə subsidiya veriləcək
Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası”nı təsdiqləyib.
Qərara əsasən, Respublikasının İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara subsidiya verilməsi üçün növbəti illər üzrə tələb olunacaq vəsait barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməli, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara qaydaya uyğun subsidiya ödənilməsini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə təmin etməli, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara verilən subsidiya barədə illik icmal hesabatı növbəti ilin 1 fevral tarixinədək Nazirlər Kabinetinə təqdim etməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Bakı Nəqliyyat Agentliyi ilə birlikdə müntəzəm şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə (ödəniş alətlərinə) keçidin sürətləndirilməsi ilə bağlı təkliflərini 2022-ci ilin 15 fevral tarixinədək Nazirlər Kabinetinə təqdim etməli, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Qərarla müəyyən edilmiş müddəalar əsasında Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsi üçün tədbirlər görməlidir.
xxx
Sərnişindaşıma şirkətlərinə subsidiyanın hansı müddətə və məbləğdə veriləcəyi müəyyənləşib.
bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası”nda əksini tapıb.
Bu Qayda minik avtomobilləri ilə sərnişindaşıma, beynəlxalq sərnişin daşımaları və qeyri-müntəzəm sərnişin daşımaları ilə məşğul olan daşıyıcılara şamil edilməyəcək. Bu Qaydanın məqsədi üçün daşıyıcı dedikdə, daşınma müqaviləsi əsasında dövlət tərəfindən tənzimlənən tariflərlə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı (qəsəbələrarası) sərnişin daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə avtomobil nəqliyyatı vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar, subsidiya dedikdə isə, dövlət büdcəsinin vəsaiti hesabına daşıyıcılara əvəzsiz verilən maliyyə vəsaiti nəzərdə tutulur.
Subsidiyanın məbləği təqvim ayı ərzində dizel yanacağına görə (artan yekun nəzərə alınmaqla) nağdsız qaydada ödənilmiş məbləğin 25 faizi həcmində, lakin aşağıdakı məbləğlərdən çox olmamaqla hesablanır:
- müntəzəm şəhərdaxili (rayondaxili) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 6,7 faizi məbləğində;
- müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 8,3 faizi məbləğində;
- müntəzəm şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 7,5 faizi məbləğində.
Subsidiya “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 4 yanvar tarixli Qərarı qüvvəyə mindiyi tarixdən “İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2018-ci il 30 iyul tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş tariflərin qüvvədə olduğu müddəti əhatə edən dövr üzrə verilir.
Subsidiyanın alınması üçün daşıyıcıların müraciətinə 20 (iyirmi) gün müddətində baxılır. Qaydada müəyyən edilən şərtlərə cavab verən daşıyıcılar tərəfindən hər ay bitdikdən sonra növbəti ayın 15-dək aşağıdakı sənədlər vergi orqanına təqdim edilir:
- Qaydada göstərilən formada hesabat;
- subsidiya məbləğinin köçürüləcəyi bank hesabı barədə məlumatlar;
- avtobusların yanacaq sərfi üzrə texniki göstəricilər (texniki pasportlar);
- səlahiyyətli orqanlar (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə Bakı Nəqliyyat Agentliyi, Sumqayıt Şəhər icra hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi və Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi) tərəfindən verilmiş marşrut pasportunun elektron formada surəti;
- bank əməliyyatlarına dair məlumat - bank çıxarışları (elektron formada).
- Subsidiya alınması üçün daşıyıcıların müraciəti müvafiq ayın 15-dən sonra təqdim edildikdə, həmin müraciətlər növbəti ayda nəzərə alınır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu Qayda ilə müəyyən edilmiş formaya uyğun daşıyıcılar tərəfindən təqdim olunmuş elektron məlumatlar əsasında müraciətlərə baxır və ödəniləcək subsidiyanın məbləğini müəyyən edir. Dövlət Vergi Xidməti daşıyıcılar tərəfindən təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar etdikdə, həmin çatışmazlıqların 5 iş günündən gec olmayaraq aradan qaldırılması üçün daşıyıcıya 3 iş günü müddətində məlumat verir. Daşıyıcılar tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ödəniləcək subsidiyanın məbləğini müəyyən edir. Dövlət Vergi Xidməti daşıyıcı tərəfindən təqdim edilmiş sənədlərə baxılmasının nəticəsi üzrə daşıyıcıya subsidiya verilmə- sindən imtinaya əsaslar (təhrif olunmuş məlumatlar, bu Qaydanın tələbləri ilə uyğunsuzluqlar) olduqda, subsidiyanın verilməsindən imtina haqqında 3 iş günü müddətində inzibati akt qəbul edir və bu barədə məlumatı 2 iş günü müddətində daşıyıcıya təqdim edir.
Subsidiya almaq istəyən daşıyıcılar aşağıdakı şərtlərə cavab verməlidirlər:
- Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na düşməməli;
- subsidiya verilməsi nəzərdə tutulan dizel yanacağının alışını nağdsız qaydada həyata keçirməli;
- əməkhaqlarının ödənişini tam həcmdə nağdsız qaydada həyata keçirməli;
- nağdsız ödəniş sistemləri (ödəniş alətləri) ilə təchiz edilməmiş avtobuslarla sərnişindaşıma xidmətini həyata keçirən daşıyıcılar üzrə aylıq əsasda nağd qaydada qəbul edilən vəsaitlərin 60 faizi həcmində məbləği bank hesabına mədaxil etməli.
Subsidiya almaq hüququ başqa şəxslərə ötürülə bilməz.
Dövlət Vergi Xidməti hər ayın 25-dək icmallaşdırılmış məlumatlar əsasında subsidiyanın ödənilməsi ilə bağlı bu Qaydaya uyğun ödəniş sifarişini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi 2 iş günü müddətində bu Qaydaya uyğun olaraq təqdim edilmiş ödəniş sifarişi əsasında subsidiya məbləğlərinin daşıyıçıların bank hesablarına köçürülməsini həyata keçirir.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
10 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
12 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 14 saat əvvəl
-
14 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək

























