Qazaxıstan 2022-ci ildən xarici internet şirkətlərinin fəaliyyətinə vergi tətbiq edəcək
Qazaxıstanda mal satan və xidmətlər göstərən xarici internet şirkətləri gələn ildən əlavə dəyər vergisini (ƏDV) ödəməli olacaqlar.
Marja xəbər verir ki, müvafiq müddəa cümə axşamı respublika parlamentinin Senatının (yuxarı palata) təsdiq etdiyi “Vergilər və büdcəyə digər icbari ödənişlər haqqında” məcəlləyə dəyişiklik və əlavələrdə öz əksini tapıb.
"2022-ci il yanvarın 1-dən Vergi Məcəlləsi Qazaxıstan Respublikasında mal və xidmətlər təqdim edən xarici internet şirkətləri tərəfindən ƏDV-nin qeydiyyata alınması və ödənilməsi üçün sadələşdirilmiş proseduru nəzərdə tutur", - Senatın Maliyyə və Büdcə Komitəsi bildirib.
Şirkətlər tərəfindən ƏDV ödənişinin tamlığını və vaxtında aparılmasını təmin etmək üçün xarici şirkəti ödəniş və/yaxud alıcı kimi müəyyən edən sistem tətbiq ediləcəkdir.
“İnternet vasitəsilə satılan mallara ƏDV-nin vergiyə cəlb edilməsi ilə bağlı bu yenilik inkişaf etmiş ölkələrin belə bir verginin tətbiqi təcrübəsi əsasında qəbul edilib. Ümumiyyətlə, rəqəmsal verginin tətbiqi Qazaxıstan və xarici şirkətlər üçün rəqabət şəraitinin bərabərləşdirilməsinə kömək edəcək”, - deyə komitədən bildirilib.
Bundan əvvəl Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin iri vergi ödəyiciləri departamentinin direktoru Anuar Suleimenov bildirib ki, əlavə dəyər vergisi çərçivəsində ödəniş 12% dərəcəsi ilə həyata keçiriləcək.
Parlament tərəfindən təsdiqləndikdən sonra Vergi Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanunu imzalanmaq üçün Qazaxıstan prezidentinə göndəriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 21 saat sonra
-
- 15 d. əvvəl
- 27 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"
























