NeoKart ilə ödəniş edənlər üçün “ƏDV Geri Al” 2 qat sərfəli oldu!
(®) Sahiblərinə böyük həcmdə keşbek, uçuş milləri, danışıq dəqiqələri, mobil internet və kartdakı qalıq məbləğə görə faiz gəliri qazandıran NeoKart, Yeni il öncəsi müştərilərinə daha bir imkan yaradıb.
Belə ki, “Bank Respublika”nın start verdiyi MÖHTƏŞƏM kampaniya çərçivəsində NeoKart ilə ödəniş edənlər üçün “ƏDV Geri Al” 2 qat sərfəli olacaq! Bunun üçün, NeoKart sahibləri hər alış-veriş zamanı onlara verilmiş kassa qəbzinin üzərindəki QR kodu “Bank Respublika”nın “Mobil Şöbə”əlavəsində oxutmalı, yaxud fiskal kodu daxil etməlidirlər. Əlavə edilmiş qəbz üzrə məbləğ “ƏDV Geri Al” hesabının cari balansında əks olunduqdan 1 gün sonra müvafiq həcmdə bonus müştərinin NeoBonus balansına əlavə olunacaq.
Beləliklə, NeoKart sahibləri dekabr ayının 31-nə qədər davam edəcək kampaniya çərçivəsində alış-veriş etdikləri zaman kassa qəbzlərini Bankın “Mobil Şöbə” əlavəsi vasitəsilə skan edərək “ƏDV Geri Al” hesabına əlavə etdikdə, həm ƏDV qazancı, həm ƏDV qazancı məbləğində Bonus qazanacaq! Əlavə olaraq NeoKart sahibləri dünyanın istənilən nöqtəsində POS-terminal vasitəsilə ödəniş edərkən və ya online alış-veriş zamanı “Bank Respublika”dan NeoBonuslar da qazanacaq.
Bundan başqa, NeoKart sahibləri Bank Respublikanın start verdiyi yeni lotereyada iştirak edərək pul mükafatları, smartfonlar, planşetlər və super hədiyyə olan Toyota RAV4 LOW 2.5L Hybrid avtomobili qazanmaq şansı da əldə edəcəklər.
Əgər Siz də qazananlar sırasında olmaq istəyirsinizsə, vaxt itirmədən NeoKart sifariş edin və nağdsız ödənişdən hər zaman hər yerdə qazanc əldə edin!
NeoKart-ı onlayn olaraq Bank Respublika”nın rəsmi saytından, facebook səhifəsindən, eləcə də WhatsApp-da Çat-Bot xidmətindən istifadə edərək 051 4 144 144 nömrəsinə “NeoKart” yazıb göndərərək sifariş etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
- 3 gün sonra
-
2 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
- 7 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Şahdağ Turizm Xizək Mərkəzində 1-2 ilə trasların uzunluğu təqribən 55 kilometr olacaq"
-
1 saat əvvəl
"Əminəm ki, gələn il daha çox xarici qonaq ölkəmizə gələcək"
-
1 saat əvvəl
İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimə qatılıb və çıxış edib - YENİLƏNİB
-
1 saat əvvəl
Toyota 2026-cı ildə 10 milyondan çox avtomobil istehsal etməyi planlaşdırır
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
“AZINCLOUD” ilə öz bulud infrastrukturunu yarat!
"Əminəm ki, gələn il daha çox xarici qonaq ölkəmizə gələcək"
İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimə qatılıb və çıxış edib - YENİLƏNİB
Ən çox oxunanlar
Azercell “Kinon” tətbiqinin funksionallığını genişləndirir
Dekabrın 27-də gözlənilən hava şəraiti
Şərurlu İsfəndiyarla bağlı qərar verilib
“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir



















