ABŞ neft hasilatını artırmaq üçün OPEC+-a təzyiqi davam etdirəcək
Birləşmiş Ştatlar neft hasilatının və onun dünya bazarına tədarükünün artırılmasına nail olmaq üçün OPEC+ iştirakçılarına təzyiq göstərməkdə davam etmək niyyətindədir ki, bu da karbohidrogenlərin qiymətlərinin aşağı düşməsinə səbəb olacaq.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı Ağ Evin sözçüsü Cen Psaki mətbuat brifinqində bildirib.
“Bizə bir çox cəhətdən mənfi təsir edən pandemiyadan sonra sağalırıq. Dünyada bəzi malların qiyməti, o cümlədən benzinin qiyməti artıb. Neft hasilatının artırılması bizim OPEC+ üzv dövlətlərindən xahiş etdiyimiz şeydir və biz onlara bunu etmələri (hasilatı daha çox artırmaları) üçün təzyiq göstərməyə davam edəcəyik”, - deyə Psaki bildirib.
O, əlavə edib ki, Vaşinqton administrasiyası ölkədə yanacağın qiymətlərini aşağı salmaq üçün “əlində olan hər vasitədən istifadə edəcək”.
ABŞ-da oktyabr ayında inflyasiya illik müqayisədə 6,2% artıb, əsas amil enerji xərcləri olub. 2020-ci ilin oktyabr ayı ilə müqayisədə ölkədə benzinin qiyməti 49,6% artıb. Bloomberg-in qeyd etdiyi kimi, ABŞ-da benzinin orta qiymətləri son yeddi ilin ən yüksək səviyyəsinə qalxıb. Sosioloqların fikrincə, ABŞ-da inflyasiya hazırkı prezident Co Baydenin populyarlıq reytinqinin aşağı düşməsinin səbəblərindən biridir.
Amerika lideri ölkənin strateji ehtiyatından 50 milyon barel neftdən istifadə etmək qərarına gəlib. Ağ Evdə qeyd edildiyi kimi, bu, amerikalılar üçün yanacağın qiymətlərini aşağı salmaq və koronavirus pandemiyasından sonra bazarda tələb və təklifi tarazlaşdırmaq məqsədilə edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























