Yaponiyanın baş naziri ölkənin neft ehtiyatlarının bir hissəsinin satılacağını açıqlayıb
Yaponiyanın baş naziri Fumio Kişida jurnalistlərə bildirib ki, ölkə hakimiyyəti strateji ehtiyatlardakı xam neftin bir hissəsini satacaq.
“Biz ehtiyatlarımızın bir hissəsini satacağıq və neftin qiymətinin sabitləşməsi üçün başqa tədbirlər görəcəyik”, - o vurğulayıb.
Marja xəbər verir ki, eyni zamanda, hökumət başçısı satılacaq ehtiyatların həcmini və bu prosesin vaxtını dəqiqləşdirməyib və iqtisadiyyat, ticarət və sənaye naziri Koişi Haqiudanın müvafiq məlumatı açıqlayacağını bildirib.
Kişida həmçinin bildirib ki, satış qərarı “Yaponiyanın qlobal neft bazarını sabitləşdirmək üçün əməkdaşlıq etdiyi ABŞ hakimiyyətinin oxşar qərarına uyğun olaraq qəbul edilib”.
Hökumət başçısının sözlərinə görə, “neft qiymətlərinin sabitləşdirilməsi yeni koronavirusun yayılmasından təsirlənən Yaponiya iqtisadiyyatının bərpası üçün son dərəcə vacib vəzifədir”. Bu baxımdan, Tokio digər tədbirlər həyata keçirməklə yanaşı, neft hasil edən ölkələri qiymət artımlarını cilovlamağa təşviq edəcək.
Çərşənbə günü "Nikkei" qəzeti Yaponiya hökumətinin milli ehtiyatlardan təxminən 4,2 milyon barel neft satmaq niyyətində olduğunu bildirib.
Yaponiyanın Nazirlər Kabineti özəl şirkətlərin strateji ehtiyatlarından isə təqribən 30 milyon barel neftin satışını təşkil edə bilər, bu da ümumilikdə ölkə qanunvericiliyinə zidd olacaq. Ölkənin müvafiq qanunu yalnız neftin kifayət qədər tədarükü olmadıqda və ya belə qıtlıq təhlükəsi yarandıqda, eləcə də təbii fəlakətlər zamanı strateji ehtiyatlar bazara çıxarılmasına icazə verir.
ABŞ çərşənbə axşamı strateji ehtiyatlardan 50 milyon barel neft satacağını açıqlayıb. Ağ Ev oxşar addımı Böyük Britaniya, Hindistan, Çin, Cənubi Koreya və Yaponiya da daxil olmaqla bir sıra digər dövlətlərin də atacağını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























