Tramp Baydenin ABŞ-ın neft ehtiyatlarından istifadə qərarını tənqid edib
Bir il əvvəl enerji sahəsində müstəqil olan Birləşmiş Ştatlar Prezident Co Baydenin (Demokratlar Partiyası) hazırkı administrasiyasının siyasəti səbəbindən Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) nəzarətinə keçib.
Marja xəbər verir ki, bu fikir çərşənbə axşamı ABŞ-ın keçmiş prezidenti Donald Tramp (Respublikaçılar Partiyası) ölkə rəhbərliyinin strateji neft ehtiyatlarından istifadə qərarı ilə bağlı xəbəri şərh edərkən deyib.
“Bu ehtiyatlar müharibə kimi ciddi fövqəladə hallarda istifadə üçün nəzərdə tutulub. Biz bir il əvvəl enerji baxımından müstəqil idik və indi OPEC-in ixtiyarındayıq”, - deyə o bildirib. "Ölkəyə belə rəhbərlik edə bilərsən?", -Tramp ritorik sual verib.
Respublikaçı onu da qeyd edib ki, onun prezidentliyi dövründə ABŞ-da strateji neft ehtiyatları maksimum dərəcədə doldurulub.
Çərşənbə axşamı Ağ Ev ABŞ prezidenti Co Baydenin 50 milyon barel nefti strateji ehtiyatlardan azad etmək qərarını açıqlayıb. Açıqlamada qeyd edilib ki, bu, amerikalılar üçün yanacağın qiymətlərini aşağı salmaq, habelə koronavirus pandemiyasından sonra bazarda tələb və təklifi tarazlaşdırmaq məqsədilə edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















