Apple və Amazona 200 milyon avro cəza
İtaliyanın rəqabətə nəzarət orqanı ABŞ-ın texnologiya nəhəngləri Amazon və Apple Inc şirkətlərini Apple və Beats məhsullarının satışında rəqabətə zidd əməkdaşlıq iddiası ilə ümumilikdə 203,2 milyon avro cərimələyib.
Marja-nın məlumatına görə, rəqabətə nəzarət orqanı qeyd edib ki, şirkətlər arasında 2018-ci il müqaviləsinin şərtləri yalnız müəyyən dilerlərə Apple və Beats məhsullarını Amazon.it-də satmağa icazə verib və bu, Avropa İttifaqının qaydalarını pozur.
AMAZON 68,7 MİLYON, APPLE 134,5 MİLYON AVRO CƏRƏMƏLƏNİB
Rəsmi qurum Amazon-u 68,7 milyon avro və Apple-ı 134,5 milyon avro cərimələyərək, bildirib ki, şirkətlər orijinal Apple və Beats məhsullarının pərakəndə satıcılarının ayrı-seçkilik olmadan Amazon.it-ə daxil olmasına icazə verən məhdudiyyətləri dayandırmalıdır.
Apple iddiaları rədd edərək, cərimədən şikayət etməyi planlaşdırdığını söyləyib:
"Müştərilərimizin orijinal məhsullar almasını təmin etmək üçün diler tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik və yalnız orijinal Apple məhsullarının satılmasını təmin etmək üçün bütün dünyada hüquq-mühafizə orqanları, gömrük və tacirlərlə işləyən xüsusi ekspert qruplarımız var".
Amazon isə hələ heç bir açıqlama verməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























