Bitcoin şəhəri qurulur!
El Salvador prezidenti Nayib Bukele ölkəsində “Bitcoin City” adlı Bitcoin şəhəri quracaqlarını açıqlayıb.
O, bu şəhərin ölkənin şərqindəki Konçaqua Vulkanı ətrafında dairəvi formada olacağını da bildirib.
Layihənin xəyal olmadığını ifadə edən Bukele hökumətin Bitcoin City-nin ərazisi üçün dəstək verəcəyini və investorları cəlb edəcəyini bildirib.
300 MİN BİTKOİNƏ BAŞA GƏLƏCƏK
Bukele şəhərin inşası və ya tamamlanacağı vaxt ilə bağlı tarix açıqlamasa da, şəhərin qurulmasının təxminən 300.000 Bitkoinə başa gələcəyini təxmin etdiyini bildirib.
ENERJİ VULKANDAN TƏMİN OLUNACAQ
Hər şeyin rəqəmsal olacağı Bitcoin City-də biznes və texnologiya investisiyalarını asanlaşdırmaq üçün ofis sahələri, sosial obyektlər və yaşıl sahələr olacaq. Gəlir vergisinin olmayacağı şəhərdə yalnız əlavə dəyər vergisi (ƏDV) toplanacaq və toplanan vergilərin yarısı şəhərin tikintisinə sərmayə qoymaq, digər yarısı isə şəhərin saxlanması və təmiri üçün istifadə olunacaq. Bitcoin hasilatı üçün lazım olan enerji üçün isə vulkanın geotermal enerjisindən istifadə ediləcəyi açıqlanıb.
Təxminən 2 ay əvvəl Bitcoin-i qanuni valyuta kimi tanıyan ilk ölkə olan El Salvadorda, bir çox seqmentin iqtisadi çətinliklərlə mübarizə apardığı bir dövrdə layihə onların kəskin reaksiyasına səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























