Bakı Fond Birjasına sədr əvəzi təyin edilib
Bu gün “Bakı Fond Birjası” QSC-nin (BFB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
Məlumata görə, yığıncaqda Birjanın İdarə Heyətinə (İH) sədr əvəzi təyin edilib.
Sədr vəzifəsinin müvəqqəti icrası BFB-nin İH-nin sədr müavini Vüqar Namazova həvalə edilib.
O, bu günlərdə İcbari Sığorta Bürosunun icraçı direktoru vəzifəsinə təyin edilmiş Fariz Əzizovu əvəzləyib.
Bununla yanaşı, yığıncaqda F.Əzizovun həm də Birjanın Müşahidə Şurasının (MŞ) üzvü kimi fəaliyyət göstərəcəyi bildirilib. Daha sonra o, MŞ-nın sədri, indiyə qədər bu vəzifəni icra edən Rövşən Allahverdiyev isə MŞ-nın üzvü seçilib.
MŞ-nın tərkibindəki dəyişikliklər bununla yekunlaşmayıb. Ləğvetmə prosesində olan "Bank Standard"ın İH-nin sabiq sədr müavini Samir Rzayev MŞ-dan kənarlaşdırılıb, "Azərbaycan Səbaye Bankı"nı (ASB) təmsil edən bankın İH-nin sabiq sədr müavini Ramin Kərimov ASB-nin İH-nin hazırki üzvü Sarvan Mikayilovla, "Unicapital İnvestisiya Şirkəti"nin MŞ-nın üzvü Samir Balayev isə "Unibank"ın İh-nin sədr müavini Asəf Hüseynovla əvəzlənib.
Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,26 mln. manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 5 yerli bank ("Azər-Türk Bank", ASB, "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı" və lisenziyası ləğv edilmiş "United Credit Bank"), 14 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (Borsa İstanbul) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)


.jpg)



