Türkiyə Mərkəzi Bankı qərarını açıqladı, Türk Lirəsi ucuzlaşdı
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) Pul Siyasəti Şurası inflyasiyadakı yüksəlişə və Türk Lirəsinin kəskin ucuzlaşmasına baxmayaraq faizini aşağı salmaqda davam etdi. Mərkəzi Bankı faizini 15 faizə endirdi.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, gözlənildiyi kimi TCMB əsas pul siyasəti faizni 1 faiz bəndi aşağı salaraq 16%-dən 15%-ə endirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "faizin səbəb, inflyasiyanın nəticə olduğu" barədə fikirini müdafiə edir və son 20 ayda bu fikirə qarşı çıxan 3 TCMB sədrini işdən qovub.
Hazırkı TCMB sədri Şahap Kavcıoğlunun Ərdoğanın təzyiqi ilə faizi aşağı saldığı bildirilir. Son 3 ayda TCMB əsas faizini 19%-dən 15%-dək endirib.
Qərardan sonra Türk Lirəsi yenidən dəyərdən düşməyə başlayıb. Bu gün 10,9680 səviyyəsini görən, sonra 10,46 səviyyəsindək düşən Dollar/TL məzənnəsi qərar açıqlandıqdan sonra 3% artaraq 10,97 səviyyələrinə qalxıb (saat 15:30-a olan məlumat)
Mərkəzi Bank qərar mətnində dekabr ayında da faizi aşağı sala biləcəyinə işarə edib. "Pul Siyasəti Şurası faizin azaldılması üzrə bu il üçün məhdud sahənin istifadəsini dekabr ayında tamamlamağı qiymətləndirəcək", - mətndə bildirilir.
"İnflyasiyada son dövrdə müşahidə edilən yüksəlişə - qida və başda enerji olmaqla idxalat qiymətlərindəki artımlar ilə tədarük müddətlərindəki axsaqlıqlar kimi təklif istiqamətli ünsürlər, tənzimlənən qiymətlərdəki artımlar və tələbin artması səbəb olmaqdadır. Pul siyasətinin yenilənməsinin (faizin aşağı salınmasının) biznes kreditləri üzərində müsbət təsirləri görülməyə başlamışdır. Bununla yanaşı fərdi kreditlərlə əlaqədar proselər yaxından izlənilməkdədir. Şura, pul siyasətinin təsir edə bildiyi tələb ünsürləri, baza inflyasiya və təklif şoklarının yaratdığı təsirlərin təhlil edilməsinə dair analizləri qiymətləndirərək əsas pul siyasəti faizinin 1 bənd endirilərək 15% olaraq təyin olunmasına qərar vermişdir. Pul Siyasəti Şurası təklif istiqamətli və pul siyasətinin təsir sahəsinin xaricindəki faktorların qiymət artımları üzərində meydana gətirdiyi müvəqqəti təsirlərin 2022-ci ilin ilk yarısı ərzində də təsirini davam etdirməsini gözləməkdədir. Şura, bu təsirlərin eyham etdiyi məhdud sahənin istifadəsini dekabr ayında tamamlamağı qiymətləndirəcək",- Bankın yaydığı açıqlamada bildirilir.
Qeyd edək ki, Türkiyə hökuməti iqtisadi artım istiqamətli pul siyasətinə üstünlük verir. Hesab olunur ki, Türk Lirəsinin ucuzlaşdırılması ilə ixrac artırılacaq və cari kəsir ortadan qaldırılacaqdır.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
9 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"


























