Qida qiymətlərində "ikinci bahalaşama dalğası" xəbərdarlığı
Rusiya Mərkəzi Bankının Pul Siyasəti Departamentinin rəhbəri Kiril Tremasov, qida qiymətlərində ikinci bir inflyasiya dalğası nəticəsində kəskin artımlar baş verə biləcəyini söyləyib.
Marja xəbər verir ki, Tremasov, paytaxt Moskvada təşkil edilən Moskva Birjası Forumunda, ölkədə artmaqda davam edən inflyasiyaya dair danışıb.
İnflyasiyasiyanı 2022-ci ilin sonuna qədər 4% səviyyəsinə salmaqda qərarlı olduqlarını qeyd edən Tremasov, "Növbəti iclaslarda faizi yüksəltmək ehtimalını qiymətləndirəcəyimizi dəqiq bir şəkildə bəyan etmişik. İnflyasiyasiyanı gələn ilin sonuna qədər hədəfə salmaqda qərarlıyıq" deyib.
Rusiyadakı inflyasiya mövzusunda müxtəlif risklərin davam etdiyinə işarə edən Tremasov, "Enerji qiymətlərinin daha da artması təhlükəsi var. Qida qiymətlərində də əgər yaxşı bir istehsal mövsümü olmasa ikinci bir inflyasiya dalğası nəticəsində kəskin yüksəlişlər yaşana bilər" deyib.
Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina 11 Noyabrda etdiyi açıqlamasında, inflyasiyanın artmasını önləmək məcburiyyətində olduqlarını ifadə edərək, "Bu səbəbdən, faiz nisbətində gələcək yığıncaqlarda əlavə artımları qiymətləndirəcəyik. İnsanların etibarını itirməmək üçün inflyasiyanı hədəf səviyyəsinə endirməliyik",- demişdir.
Rusiyada illik inflyasiya oktyabrda 8,13%-ə çataraq 2016-cı ilin fevral ayından bu yana ən yüksək səviyyəyə çatmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























