“Materialların alınmasına Əli Həsənovun oğlu Şamxal Həsənli nəzarət edirdi”
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Nadir Məmmədov dövlət ittihamçısının suallarını cavablandırıb.
O, prokurorun jurnalistlər üçün inşa olunan binaların tikintisi zamanı qiymətlərin şişirdilməsi, həmçinin qeyri-qanuni işlərin görülməsi ilə bağlı suallarına təkzibedici cavablar verib: "Bizim orada qeyri-qanuni etdiyimiz nə isə olmayıb. Qiymətlərin şişirdilməsini də görməmişəm. Mən həmin işlərdə yalnız texniki məsələlərlə məşğul olmuşam. Bizim layihədən kənar bir armatur da qoymaq ixtiyarımız yox idi. Bu, cinayət olardı. Layihədə necə yazılıb? biz də elə etmişik. Mən qiymət qoyan deyiləm".
Dövlət ittihamçısının binaların tikintisi zamanı keyfiyyətsiz materiallardan istifadə edilməsi ilə bağlı sualına cavabında isə Nadir Məmmədov materialların alınmasına Əli Həsənovun oğlu Şamxal Həsənlinin nəzarət etdiyini bildirib: "Hər hansı material alanda buna Şamxal Həsənli nəzarət edirdi. Materiallar barədə onunla “e-mail” vasitəsilə əlaqə saxlayırdıq. Üçüncü binada isə demək olar bütün materialların alınmasına Şamxal Həsənli özü tək nəzarət edib. Mən orda maaşa da işləməmişəm. Mənə dedilər, sənin oğlunu xaricdə işə düzəldəcəyik, ona görə işlədim".
Prosesdə müdafiəçilərdən biri ittiham aktında Nadir Məmmədovla Vüqar Səfərlinin əlbir olduqları barədə qeyd olunanlara münasibət bildirməsini istəyib.
Təqsirləndirilən şəxs suala cavabında cinayət işində özünün və Vüqar Səfərlinin heç kim olduqlarını bildirib: "Vüqar Səfərli kimdir, Nadir kimdir? Biz hambalıq. Mədəni dildə buna hambal deyirlər. Siz bu sualla bağlı Şamxal Həsənlidən soruşun, o sizə deyəcək".
Məhkəmədə daha sonra təqsirləndirilən şəxs "Altun Saray" restoranının direktor müavini Təmkin Xəlilov ifadə verib.
T. Xəlilov bildirib ki, təqsirləndirilən şəxslərdən Vüqar Səfərli və Təhminə Yaqubovanı tanıyır. Onun sözlərinə görə, restoranda KİVDF tərəfindən əlamətdar günlərdə tədbirlər keçirilib: "Tədbir üçün 400 nəfərlik yer sifariş olunurdu. Əsas zallarda 250-300 nəfər olsa da, digər köməkçi zallarda da adamlar olurdu. Tədbirdə iştirak edənlər də əsasən nazirlər, icra başçıları və digər şəxslər olurdu. Təkcə AzTV-dən dörd böyük avtomobil işçi gəlirdi. Hesablama Palatası onu hesablamayıb. Onlar başqa zalda otururdu. Bundan başqa da stollar olurdu ki, ora bahalı içkilər, yeməklər verilirdi. Tədbirlərin keçiriləsi barədə isə Vüqar Səfərli və Təhminə xanımla müzakirə aparırdıq".
Təqsirləndirilən şəxsin hazırkı ifadəsi ilə istintaqa verdiyi ifadə arasında ziddiyyətli məqamlar olduğu üçün hakim əvvəlki ifadəni elan edib.
T. Xəlilov ibtidai istintaqa ifadəsində bildirib ki, hər il üç dəfə tədbir keçirilirdi: “Tədbirlərin keçirilməsi üçün isə 350-400 nəfərlik yer sifariş olunurdu. Buna görə də hər dəfə bizə artır pul köçürülürdü".
Təqsirləndirilən şəxs "Xəmsə" restoranının icarədarı Valeh Orucov da Təmkin Xəlilovun ifadəsinə bənzər ifadə verib.
Proses noyabrın 18-də davam etdiriləcək.
Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 4 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 7 d. əvvəl
-
25 d. əvvəl
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
-
31 d. əvvəl
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
-
36 d. əvvəl
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
-
58 d. əvvəl
Əhalinin və biznesin banklara cəmi borcu 30 milyard manata yaxınlaşıb
-
1 saat əvvəl
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
-
2 saat əvvəl
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbul planı
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Ən çox oxunanlar
Dekabrın 26-da gözlənilən hava şəraiti
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
"Bakı Metropoliteni”ndən "BAKELEKTRO"ya 3,9 milyon manatlıq sifariş
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu


















