Avropa Aeroflot-a qarşı sanksiya tətbiq etmək ideyasından imtina etdi
Aeroflot, Kremlin Polşa və Böyük Britaniya tərəfindən ittiham olunduğu Polşa-Belarus sərhədindəki miqrasiya böhranı səbəbindən Avropa İttifaqınınn sanksiyalar siyahısına düşməkdən yayına bilib.
Marja xəbər verir ki. Brüsseldəki diplomatik mənbənin TASS-a verdiyi məlumata görə, Rusiyanın ən böyük aviadaşıyıcısı Belarusa qarşı Avropa İttifaqının xarici işlər nazirləri tərəfindən bazar ertəsi qəbul ediləcək sanksiyalar paketinə daxil deyil.
“Siyahıya bir aviaşirkətin daxil edilməsi üçün əsaslar hüquqi cəhətdən ardıcıl olmalıdır ki, sanksiyalara məhkəmədə etiraz etmək riskini azaltsın. Hələlik Rusiya aviaşirkətinin miqrantların Minskə daşınması ilə məqsədyönlü şəkildə məşğul olduğuna dair heç bir sübut yoxdur”, - deyə o izah edib.
Bununla belə, diplomatın fikrincə, Belarus istiqamətində - məsələn, Türkiyədən və ya Şimali Afrika dövlətlərindən birtərəfli biletlərin kütləvi satışı başlayarsa, vəziyyət dəyişə bilər.
"O zaman bu daşıyıcının da daxil edilməsi məsələsi gündəmə gələ bilər", - mənbə izah edib.
Ötən həftə ucuzlaşan Aeroflot-un səhmləri bazar ertəsi Moskva birjasında bahalaşıb: Moskva vaxtı ilə saat 13.21-də qiyməti 2.21% artaraq bir səhm 67.44 rubla ticarət olunub.
Mənbənin sözlərinə görə, könüllü olaraq Belarusa miqrantların daşınmasını dayandıracaq aviaşirkətlər sanksiyalardan yayına biləcəklər. Məsələn, İraq Hava Yolları keçən həftə Minskə uçuşları dayandırdığını elan edib. Türk Hava Yolları Minskə birtərəfli biletlərin satışını da qadağan edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















