Pekin birjasında ilk ticarət günündə əməliyyatların həcmi 1,5 milyard dollara çatır
Pekin Fond Birjasında listinq edilmiş şirkətlərin qiymətli kağızları üzrə əməliyyatların həcmi ilk ticarət günündə 9,57 milyard yuanı (təqribən 1,5 milyard dollar) ötüb.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi "Shanghai Zhengquanbao" maliyyə qəzeti məlumat yayıb.
Məlumata görə, 10 şirkətin səhmləri orta hesabla 199,8% artıb, daha 71-i isə "həm artım, həm də azalma nümayiş etdirərək dalğalanmalara məruz qalıb".
Yeni Pekin Fond Birjası rəsmi olaraq bazar ertəsi səhər fəaliyyətə başlayıb. Bu platforma əsasən kiçik və orta müəssisələr üzrə əməliyyatlar üçün nəzərdə tutulub. Hazırda birja 81 şirkətin qiymətli kağızlarını təqdim edir.
Çin hakimiyyətinin daha əvvəl yaydığı məlumata görə, Pekin Fond Brjası milli müəssisələrin innovativ potensialının inkişafında əsas rol oynayacaq. Onun nizamnamə kapitalı 1 milyard RMB (cari məzənnə ilə təxminən 156 milyon dollar) təşkil edir.
Sentyabrın 2-də Çinin sədri Si Cinpin Çin Beynəlxalq Xidmətlər Sərgisi zamanı ölkənin paytaxtında yeni birjanın açılması planını açıqlayıb. Pekin Bazarına Nəzarət Təşkilatı birjanı sentyabrın 3-də qeydiyyatdan keçirib.
Bu birja 1990-cı ildə Şanxay və Şençjen birjalarının açılmasından sonra materik Çində üçüncü birjadır. Digər bir birja Honq-Konqda fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























