Ukrayna hökuməti Rusiya ilə “enerji müharibəsi” olduğunu bəyan edib
Ukrayna faktiki olaraq Rusiya ilə enerji müharibəsi vəziyyətindədir.
Marja xəbər verir ki, bu sözləri Ukraynanın energetika nazirinin müavini Maksim Nemçinov cümə günü axşam “1+1” telekanalında “Hakimiyyət hüququ” proqramının efirində deyib.
“Bu gün biz Qazaxıstandan idxalı əngəlləyən, Ukraynaya kömür daşıyan dəmiryol vaqonlarının daxil olmasına mane olan, sifarişli qaz tranzit imkanlarını daim azaldan Rusiya ilə faktiki olaraq enerji müharibəsi vəziyyətindəyik. Yəni, bu böhranı daha da hiss etməyimiz üçün hər şeyi edirlər”, - Maksim Nemçinov bildirib.
Bundan əvvəl Ali Radanın Energetika, Mənzil və Kommunal Təsərrüfat Komitəsinin rəhbəri Andrey Gerus Rusiyanın Qazaxıstandan Ukraynaya kömür tədarükünü “Rusiya Dəmir Yolları" səviyyəsində əngəllədiyi barədə açıqlama vermişdi. Eyni zamanda, Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi bu məlumatı təsdiqləməyib, Rusiyanın tədarüklərə mane olmadığını, lakin “Rusiya tərəfində infrastrukturun iş yükü ilə əlaqədar bəzi məhdudiyyətlərin olduğunu” qeyd edib.
Rusiya noyabrın 1-dən Ukraynaya termal kömür ixracını dayandırıb. Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi bildirib ki, tədarükün dayandırılması payız-qış dövründə daxili tələbatın artması ilə bağlıdır.
Kiyev də dəfələrlə Rusiyanı qaz tədarükündən “geosiyasi silah” kimi istifadə etməkdə ittiham edib. Xüsusilə Ukrayna hakimiyyəti “Şimal axını 2” layihəsini “milli təhlükəsizlik üçün risklər daşıyan” və "Avropaya qaz nəqlinin təhlükəsizliyini təhdid edən" adlandırır. Eyni zamanda, Rusiya tərəfi bu layihənin kommersiya xarakterli olduğunu və Moskvanın heç vaxt enerji resurslarından təzyiq aləti kimi istifadə etmədiyini dəfələrlə vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
-
12 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
29 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 39 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib
İlk “IM Motors LS9 Plug-in-Hybrid” “Sea Breeze”-də təqdim olundu
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır





























