OPEC: 2022-ci ildə neftə tələbat 2019-cu ildəki səviyyəni keçə bilər
Dünyada neft istehlakı böhrandan əvvəlki rəqəmi üstələyə bilər.Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) görə, 2022-ci ildə neftə tələbat gündəlik 100,6 milyon barel təşkil edə bilər ki, bu da 2019-cu ilin səviyyəsindən 0,5 milyon barel çoxdur.
Marja xəbər verir ki, bu, OPEC-in noyabr hesabatında deyilir.
OPEC 2022-ci ildə neftə tələbat artımı proqnozunu sutkada təxminən 4,2 milyon barel səviyyəsində saxlayıb.
Hesabatda deyilir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Avropa ölkələrində neft istehlakının bir qədər sürətlə artması gözlənilir, lakin bu, Amerika OECD ölkələrində tələbatın azalması ilə kompensasiya ediləcək.
2021-ci ildə dünya neft tələbi gündəlik 5,7 milyon barel artacaq, bu proqnoz əvvəlki proqnoz ilə müqayisədə 160 min barel azaldır.
Pisləşən proqnoz "2021-ci ilin üçüncü rübündə Çin və Hindistanda istehlak nisbətlərinin gözləniləndən daha yavaş olması" ilə əlaqələndirilir. İndi qlobal neft tələbinin 2021-ci ildə gündəlik 96,4 milyon barel olacağı gözlənilir.
OPEC+ razılaşması 2021-ci ilin sentyabrında neft kəsiri yaradıb.
Hesabatda bildirilir ki, iştirakçı ölkələrin neft hasilatını azaltdığı OPEC+ sazişi bazarı 2020-ci ilin iyun ayındaki ən yüksək profisitdən 2021-ci ilin sentyabrında defisitə (kəsirə) gətirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 1 saat sonra
-
- 6 d. əvvəl
- 17 d. əvvəl
- 31 d. əvvəl
-
47 d. əvvəl
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
-
53 d. əvvəl
Alüminiumun qiymətində 2008-ci ildən bəri ən kəskin aylıq ucuzlaşma
-
1 saat əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“Sea Breeze Yay Rəqs Müsabiqəsi – 2026” uğurla başa çatıb
Yapon yeni 1986-cı ildən bəri ən aşağı səviyyəyə düşüb
Alüminiumun qiymətində 2008-ci ildən bəri ən kəskin aylıq ucuzlaşma
Ən çox oxunanlar
100 manatlıq 1 istiqraz üzrə investor illik 16 manat faiz gəliri əldə edəcək - 2 milyon manatlıq yeni istiqraz
İyulun 1-də gözlənilən hava şəraiti
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış

























