ABŞ Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu artırdı
Çərşənbə axşamı günü ABŞ Energetika Nazirliyi 2021-ci ildə Brent markalı neftin orta qiyməti ilə bağlı proqnozunu bir qədər artıraraq bir barel üçün 71,4 dollardan 71,6 dollara yüksəldib.
Marja xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında deyilir.
Həmçinin Agentlik 2021-ci ilin sonuna kimi Brent neftinin kotirovkalarının orta hesabla 82 dollar/barel olacağını gözləyir.
Eyni zamanda, nazirliyin məlumatına görə, 2022-ci ildə OPEC+ ölkələri tərəfindən neft hasilatının davamlı artımı və ABŞ-da bərpası çətin olan neft hasilatının artması fonunda Brent markalı neftin qiyməti bir barel üçün 72 dollara düşəcək.
WTI markalı xam neftin qiyməti 2021-ci ildə 69 dollar/barel, 2022-ci ildə isə 68,3 dollar/barel səviyyəsində proqnozlaşdırılır.
Bundan əlavə, ABŞ Energetika Nazirliyi 2021-ci ildə ABŞ-da gündəlik neft hasilatı proqnozunu 80 min barel artıraraq gündəlik 11,1 milyon barrelə çatdırıb. 2022-ci ildə gözlənilən hasilat həcmi 170 min barel artırılaraq sutkada 11,9 milyon barelə qaldırılıb.
Agentlik qeyd edib ki, oktyabrda ABŞ-da orta gündəlik neft hasilatı, Meksika körfəzində İda qasırğası səbəbindən hasilatın demək olar tamamilə dayandırıldığı sentyabr ayı ilə müqayisədə 700 min barel artaraq gündəlik 11,4 milyon barrelə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
- 3 d. əvvəl
- 8 d. əvvəl
-
19 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
36 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
Ən çox oxunanlar
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib



























