Azərbaycanda da məşhur olan yeməkçatdırma xidməti satılır - 8 MİLYARD DOLLARA
Alıcı isə başqa qitədəndir...2014-cü ildə Finlandiyada qurulan, 23 ölkədə 4 mindən artıq işçisi olan Wolt yeməkçatdırma xidməti satılır.
Marja xəbər verir ki, alıcı 56% payla ABŞ-da bazarın ən böyük oyunçusu olan, daha bir iri qida və ərzaq çatdırılma şirkəti DoorDash-dır.
Şirkət dünən cari ilin 3-cü rübünün maliyyə nəticələrini təqdim edərkən Wolt-u 8,1 milyard dollara (7 milyard avro) almağı planlaşdırdığını bildirib. Sövdələşmənin gələn ilin ikinci yarısında rəsmiləşəcəyi gözlənilir. Wolt-un səhmdarları DoorDash-da kiçik paya sahib olacaq, baş direktoru Miki Kuusi isə Doordash International-a rəhbərlik edəcək.
2021-ci ilin 3-cü rübündə DoorDash-ın gəlirləri 1,28 milyard dollar, cəmi sifarişlərin sayı 347 milyon ədəd, xalis zərəri 101 milyon dollar təşkil edib. Şirkətin səhmləri xəbərin ardından 24% bahalaşıb.
Xatırladaq ki, Wolt yeməkçatdırma şirkəti 2019-cu ildən Azərbaycanda da fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 4 saat sonra
-
- 11 d. əvvəl
- 35 d. əvvəl
-
52 d. əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 59 d. əvvəl
-
1 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan bankı xarici qurum ilə 20 milyon dollarlıq kredit sazişi imzalayıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Kaspian Speşialist Services”in satış gəlirləri 18%, xalis mənfəəti 24% azalıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib
İlk “IM Motors LS9 Plug-in-Hybrid” “Sea Breeze”-də təqdim olundu
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi

























