Belarusun qızıl-valyuta ehtiyatları 89,8 milyon dollar artaraq 8,5 milyard dollara çatıb
İlkin məlumatlara görə, Belarusun qızıl-valyuta ehtiyatları oktyabrda 89,8 milyon dollar artıb və bu il noyabrın 1-nə 8,5 milyard dollar təşkil edib.
Marja xəbər verir ki, bu barədə cümə günü Belarus Milli Bankının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“Belarusun beynəlxalq ehtiyat aktivləri 2021-ci il noyabrın 1-nə, ilkin məlumatlara görə, 8 milyard 549,7 milyon dollar təşkil edib. Qızıl-valyuta ehtiyatları sentyabrda 36,8 milyon dollar (0,4 faiz) azaldıqdan sonra oktyabrda 89,8 milyon dollar (1,1 faiz) artıb”, - deyə məlumatda bildirilir.
Məlumata görə, oktyabrda qızıl-valyuta ehtiyatlarının artımı əsasən Milli Bankın Belarus Valyuta və Fond Birjası ASC-nin hərraclarında xarici valyuta alması, həmçinin pul vəsaitlərinin dəyərinin artması ilə əlaqədar olub.
Eyni zamanda, oktyabrda ölkə hökuməti xarici valyutada 175 milyon dollara yaxın xarici və daxili öhdəliklərini yerinə yetirib.
2021-ci il üçün pul siyasətinin əsas istiqamətlərinə əsasən, Belarusun beynəlxalq ehtiyat aktivlərinin həcmi 2022-ci il yanvarın 1-nə ən azı 6 milyard dollar olmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
- 6 d. əvvəl
-
17 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
34 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib



























