Bu şirkət daha da varlı olacaq - ÖLÜMÜ 89% AZALDAN YENİ KORONAVİRUS DƏRMANI
Pfizer şirkətindən yeni koronavirus dərmanı: Ölüm riskini 89% azaldırABŞ-ın "Pfizer Inc" şirkəti yeni növ koronavirusun (Covid-19) müalicəsi üçün həb hazırlayıb. Şirkət "Paxlovid" adlı dərmanının yüksək riskli xəstələrdə xəstəxanada yatmağı və ölümləri 89% azaltdığını açıqlayıb.
Dərman istehsalçısı "Pfizer" cümə günü yaydığı açıqlamada, təcili istifadə icazəsi almaq üçün mümkün olan ən qısa müddətdə ABŞ qurumlarına müraciət ediləcəyini bildirib.
Marja.az şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, 1219 peyvənd edilməmiş yetkin üzərində tətbiq olunan 5 günlük dərman müalicəsi zamanı, semptomların başlaması üzərindən keçən 3-cü ya da 5-ci gündən etibarən qəbul edildiyi vəziyyətdə xəstəxanada yatmaq nisbəti kəskin azalıb. "Paxlovid" adlı dərman virusun özünü çoxaltmasının qarşısını alır.
Testlər nəticəsində xəstələnmələri üzərindən 3 gün keçdikdən sonra müalicəsinə başlanan şəxslərin yalnız 0,8%-i xəstəxanaya aparılıb və kimsə ölməyib.
"Pfizer"in səhmləri bazarlar açılmadan əvvəlki əməliyyatlarda sürətli şəkildə bahalaşıb.
ABŞ-ın "Pfizer" şirkəti Almaniyanın "BionTech" şirkətilə birlikdə koronavirusa qarşı peyvənd də kəşf ediblər.
Sentyabr ayının son günlərində "Pfizer" məlumat yayaraq koronavirus dərmanı üçün işlərin başladığını açıqlamışdı.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın digər dərman şirkəti "Merck & Co" kəşf etdiyi "Molnupiravir" adlı koronavirus dərmanının ölüm və ya xəstəxanaya yatmaq riskini təxminən 50% azaltdığını bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
- 6 d. əvvəl
-
17 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
34 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib





























