Qonşu Rusiyada buğda qiyməti son 9 ilin zirvəsində
Məhsuldarlıq azalır, Mərkəzi Bankdan xəbərdarlıq: gələn il bahalaşma qaçılmazdır...Buğdanın ən iri qlobal istehsalçılarından biri olan Rusiyada qiymətlər sürətlə bahalaşır.
Marja xəbər verir ki, təkcə son həftədə 1 tona görə qiymət 9 dollar bahalaşaraq, 325 dollara çatıb. “СовЭкон” analitik mərkəzinin məlumatına görə, bu, 2012-2013-cü illər mövsümündən bəri maksimum həddir.
Əsas səbəblər dünya bazarında, xüsusən iri istehsalçılar olan Rusiya və Kanada tərəfindən aşağı məhsuldarlıq səbəbindən təklifin səviyyəsinin azalması və sürətlə artan tələbdir.
ABŞ-ın Kənd təsərrüfatı Nazirliyi (USDA) ötən ay dünya buğda ehtiyatlarına dair proqnozunu 6 milyon ton azaldaraq, 277,2 milyon ton, Kanadada məhsuldarlıq həddini isə 2 milyon ton az - 21 milyon ton səviyyəsində müəyyənləşdirib.
Rusiya Kənd təsərrüfatı Nazirliyi də taxıl yığımı ilə bağlı proqnozlarını azaldaraq, bu il 127,4 milyon ton əvəzinə 123 milyon ton taxıl hasil ediləcəyini bildirir. Eyni zamanda, taxıl ixracında da azalma var. Gömrük statistikasına görə, bu ilki taxıl mövsümünün əvvəlindən oktyabrın sonuna kimi Rusiya 12,1 milyon ton taxıl, o cümlədən 10,5 milyon ton buğda ixrac edib ki, bu da ötən ilin göstəricisindən müvafiq olara 33% və 32% aşağıdır.
Qiymət artımına həm də bir sıra iri taxıl idxal edən ölkələrin dövlət şirkətləri tərəfindən sifarişlərin həcminin yüksəlməsi təsir edir. Belə ki, Misirin dövlət şirkəti GASC 27 oktyabrdakı tenderdə 1-10 dekabr tarixlərində çatdırılmaq şərti ilə tonu 327-329 dollardan 360 min ton buğda sifariş edib. Bu tələbin yarısı - 180 min tonu Rusiya buğdası hesabına təmin ediləcək. Növbəti kotirovkalarda qiymət hədəfi 1 tona 350 dollardır.
Rusiya Mərkəzi Bankı dünən oktyabr ayı üzrə ölkənin pul-kredit siyasətinə dair hesabatında taxılçılıq və heyvandarlıqda məhsuldarlığın aşağı düşməsinə görə gələn ilin əvvəlində bir sıra ərzaq mallarında qiymət artımının olacağını bildirib. Qurum həmçinin, 2021-2024-cü illər üzrə ÜDM artımına dair proqnozunu dəyişməyib: cari ildə 4-4,5%, növbəti illərdə 2-3%. 2022-ci il üzrə inflyasiya həddi 7,3-8,3% proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 7 saat sonra
-
-
8 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























