Azərbaycanda törəməsi olan Türkiyə bankından 6,9 milyard xalis mənfəət!
Azərbaycanda fəaliyyət göstərən "Yapı Kredi Bank Azərbaycan" QSC-nin səhmdarı olan "Yapı Kredi", 2021-ci ilin 9 aylıq dövründə 6,9 milyard Türk Lirəsi (TL) xalis mənfəət əldə edib.
Marja Bankın yaydığı məlumata istinadən xəbər verir ki, "Yapı Kredi", keçən ilin 3-cü rübündə (iyul-sentyabr) 1,8 milyard TL xalis mənfəət əldə edərkən, bu ilin eyni dövründə bu rəqəmi 3,2 milyard TL-ə yüksəldib.
Bankın aktiv böyüklüyü keçən ilin eyni dövrü ilə müqayisədə 20% artımla 591,2 milyard TL-yə çatıb.
"Yapı Kredi"nin Baş direktoru Gökhan Erün bildirib: "Çətin pandemiya şərtlərinə baxmayaraq, ilin 9 ayında ölkəmizin iqtisadiyyatına təqdim etdiyimiz dəstəyi 465 milyard TL-yə çatdırmışıq. Yenə bu dövrdə kreditlər üzrə bazar payımızı özəl banklar arasında 16,7%-ə qaldırmışıq. Bununla birlikdə depozit bazarında payımız isə özəl banklar arasında 14,6% səviyyəsinə çatıb".
Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan" QSC-nin səhmdarları 99,98% payı ilə "Yapı Kredi Bankası" (Türkiyə), 0,01% payı ilə "Yapı Kredi Yatırım Menkul Değerler" (Türkiyə) və 0,01% payı ilə "Yapı Kredi Finansal Kiralama"dır (Türkiyə).
Həmçinin oxu
Türkiyə bankının Azərbaycandakı törəməsi böyüyübMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
- 6 d. əvvəl
-
17 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
34 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib






























