Facebook xalis mənfəətini artırıb
Dünyanın ən böyük sosial media şirkəti Facebookun gəliri, bu ilin üçüncü rübündə 35% artaraq 29 milyard dollara yüksəlib, xalis mənfəəti 17% artımla 9,2 milyard dollara çatıb.Facebook, iyul-sentyabr dövrünə aid balansını açıqlayıb.
Marja xəbər verir ki, şirkətin üçüncü rübdə əldə etdiyi gəlir, keçən ilin eyni dövrü ilə müqayisədə 35% artımla 29 milyard dollar təşkil edib. Facebook, 2020-ci ilin eyni dövründə 21,5 milyard dollar gəlir əldə etmişdi.
Bu dövrdə Facebook-un əldə etdiyi gəlir proqnozdan aşağı olub. Belə ki, şirkətin üçüncü rübdə 29,6 milyard dollarlıq gəlir açıqlayacağı təxmin edilirdi.
Şirkətin xalis mənfəəti üçüncü rübdə 17% artımla 9,2 milyard dollara yüksəlib. Facebook, 2020-ci ilin iyul-sentyabr dövründə 7,8 milyard dollar xalis mənfəət əldə etmişdi.
Facebookun 2020-ci ilin üçüncü rübündə 2,71 dollar olan səhmbaşına mənfəəti bu ilin eyni dövründə 3,22 dollara yüksəlib.
Facebookun gündəlik və aylıq aktiv istifadəçi sayında da bu dövrdə artım qeydə alınıb. Gündəlik aktiv istifadəçi sayı 6% artaraq 1,93 milyarda çatıb. Sosial media saytının aylıq aktiv istifadəçi sayı da eyni dövrdə 6% artımla 2,91 milyard olub.
Şirkət, ilin dördüncü rübündə isə gəlirinin 31,5 milyard dollar ilə 34 milyard dollar civarında olmasının gözlənildiyini bildirib. Analitiklər, şirkətin dördüncü rüb gəlirinin 34,8 milyard dollar ətrafında olacağını gözləyirdi.
Facebook açıqlamasında, Apple-ın iOS 14 dəyişikliklərindən qaynaqlanan səbəblər, makro-iqtisadi və Covid-19 ilə əlaqədar faktorlar ilə əlaqədar olaraq dördüncü rüb dair qeyri-müəyyənlik olduğunu qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
- 15 d. əvvəl
- 45 d. əvvəl
- 49 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb





























