ABŞ Prezidenti benzin qiymətlərinin 2022-də düşəcəyinə işarə etdi
ABŞ Prezidenti Co Bayden (Joe Biden), benzin qiymətlərinin 2022-ci ilədək yüksək qalmağa davam edəcəyini, lakin 2022-ci ildə düşməyə başlayacağını söyləyib.
Marja xəbər veri ki, Bayden, Cümə axşamı günü etdiyi açıqlamada, amerikalıların, OPEC və digər xarici istehsalçıların siyasətlərinə görə, yüksək benzin qiymətlərinin gələn ilədək davam edəcəyini gözləmələri lazım olduğunu bildirib.
Biden, artan inflyasiyaya bağlı bir suala, "Təxminim, benzin qiymətlərinin qışa yaxınlaşarkən və qışa girərkən, üzr istəyərəm, gələcək ilə girərkən, 2022-ci ildə düşməyə başlayacaq" deyib və söz mövzusu dövrə qədər benzin qiymətlərində enişə gətirib çıxaracaq bir hadisə olmasını gözləmədiyini sözlərinə əlavə edib.
ABŞ Prezidenti, qiymətlərin, ölkənin önümüzdəki bir neçə ildə bərpaolunan enerjiyə keçməsi ilə, "nəhayət" düşəcəyini sözlərinə əlavə edib.
Bayden, "Yüksək benzin qiymətləri xarici bir siyasət təşəbbüsü ilə əlaqəlidir" deyib.
"Bu OPEC və ortaqları tərəfindən hasilatı azaltmalarından qaynaqlanır və bu mövzu da çox müzakirə olur. Mənimlə danışmaq istəyən çox orta şərqli var" deyən Bayden, "Onlarla danışacağamdan əmin deyiləm, ancaq mövzu benzin istehsalı haqqındadır. Eyni zamanda, bizim edə biləcəyimiz şeylər var", şəklində danışıb.
Bayden, orta şərqli liderlər ilə hər hansı bir görüş olub-olmadığı ya da qısa müddətdə tam olaraq nələrin edilə biləcəyi mövzusunda daha çox detal verməyib.
Çinə Tayvan mesajı
Bayden, Çinin Tayvana girməsi vəziyyətində ABŞ-ın Tayvanı müdafiə edib-müdafiə etməyəcəyi barədə suala, "Təbii ki, müdafiə edəcəyik, bu mövzuda verilmiş sözümüz var" cavabını verib.
Çin Dövlət Başçısı Şi Cinping ilə tez-tez danışdığını vurğulayan Bayden, "Çin ilə soyuq müharibə arxasında deyilik" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
- 6 d. əvvəl
-
17 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
34 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib






























