Çində inflyasiya 0,6% təşkil edib, əhalinin gəlirləri 10,4% artıb
İnflyasiyanın əsas göstəricisi olan istehlakçı qiymətləri indeksi (CPI) bu ilin ilk üç rübündə (9 ayda) Çində 0,6% təşkil edib.
Marja xəbər verir ki. bu barədə Çin Xalq Respublikası Dövlət Statistika Komitəsinin bazar ertəsi açıqladığı hesabatda deyilir.
Hesabatda qeyd edilib, yanvar-sentyabr aylarında ölkənin şəhərlərində qiymətlər 0,7%, kənd yerlərində - 0,4%artıb.
Ərzaq, spirt və tütün qiymətləri 0,5% artıb. Eyni zamanda, Çində istehlak səbətinin əsas elementlərindən biri olan donuz ətinin dəyəri illik ifadədə 28% azalıb. Taxıl məhsulları 1%, təzə meyvələr 2,7%, tərəvəzlər 1,3% bahalaşıb.
Nəqliyyat və rabitə sahəsindəki xidmətlər üç rübdə 3,3%, təhsil, mədəniyyət və istirahət sahəsində 1,6% artıb. Səhiyyə xidmətlərinin qiymətləri 0,3% artıb.
Hesabata görə, Çində inflyasiya sentyabr ayında 0,7% təşkil edərək, avqust ayına nisbətən 0,1 bənd azalıb.
2020-ci ilin sonunda Çində inflyasiya səviyyəsi 2,5% idi ki, bu da keçən il 3,5% olaraq təyin olunan hədəfdən aşağıdır. 2021-ci ildə səlahiyyətlilər inflyasiya hədəfini 3% olaraq təyin ediblər.
Bu ilin yanvar-sentyabr aylarında Çində adambaşına düşən gəlirlər illik 10.4% artaraq 26.265 yuan (cari məzənnə ilə təxminən 4085 dollar) təşkil edib. Bu barədə Çin Xalq Respublikası Dövlət Statistika İdarəsinin bazar ertəsi açıqladığı hesabatda deyilir.
Qeyd edilib ki, inflyasiya nəzərə alınmaqla illik ifadədə artım tempi 9,7% təşkil edib. Hesabatda kənd sakinlərinin gəlirlərinin yanvar-sentyabr aylarında 11,6% (qiymət artımı nəzərə alınmaqla - 11,2%) artaraq 13726 yuan (təxminən 2135 dollar) olduğu bildirilir. Şəhər sakinlərinin gəliri 9,5% artaraq (8,7% inflyasiyaya görə) 35,946 yuan (təxminən 5,590 dollar) səviyyəsinə yüksəlib.
Həmçinin oxu
Dünyanın ikinci iqtisadiyyatının sürəti zəifləyibÇin hakimiyyəti bu ilin yanvar-sentyabr aylarında 2021-ci ilin hədəfinin 95%-i olan 10,45 milyon yeni iş yeri açıb. Bu barədə Çin Xalq Respublikası Dövlət Statistika Komitəsinin bazar ertəsi açıqladığı hesabatda deyilir.
Hesabatdan görünür ki, bu ilin sentyabr ayında Çinin şəhər əhalisi arasında işsizlərin payı 4,9% təşkil edib ki, bu da avqust ayı ilə müqayisədə 0,2 faiz bəndi azdır və ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz aşağıdır. Eyni zamanda, 16-24 yaş arası vətəndaşlar arasında işsizlik nisbəti 14,6%, 25-59 yaş arası əhali arasında işsizlərin payı 4,2%-ə çatıb.
Bir müddət əvvəl Çin hakimiyyəti pandemiyanın əmək bazarına və məşğulluq vəziyyətinə mənfi təsir etdiyini qeyd etmişdi.
Hesabatda qeyd edilib ki, hazırda ümumi məşğulluq vəziyyəti sabitdir, şəhər əhalisi arasında işsizlik nisbəti "orta dərəcədə azalır".
2020-ci ildə Çin hakimiyyəti planı 131,8% yerinə yetirərək 11,86 milyondan çox yeni iş yeri açıb. Ötən il işsizlik səviyyəsi 5,2% idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
-
2 saat əvvəl
Taxıl biçini davam edir, sahələrdən 1 milyon 619 min ton məhsul yığılıb
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
-
3 saat əvvəl
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
-
5 saat əvvəl
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib
-
5 saat əvvəl
Yeni tekstil müəssisəsi istifadəyə verilib, 100-ə yaxın daimi iş yeri yaradılıb
-
6 saat əvvəl
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
Ən çox oxunanlar
“Sizin Lombard” 50-dən çox filial ilə xidmətinizdə!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
























