Türk Lirəsi "ölür", xaricilər daha çox mənzil alırlar - AZƏRBAYCANLILAR...
2021-ci ilin yanvar-sentyabr aylarında (9 ay ərzində) azərbaycanlılar Türkiyədə 1020 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 883 mənzil almışdılar. Təkcə avqustda azərbaycanlılar tərəfindən 162 mənzil alınıb.
“Marja” Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin Yanvar ayında 68 mənzil, Fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Aprel ayında 131 mənzil, May ayında 47 mənzil, İyun ayında 164, İyul ayında127 mənzil, Avqust ayında 138 mənzil, Sentyabr ayında isə 162 mənzil mənzil alıblar. Ötən ilin eyni aylarında say müvafiq olaraq 99, 90, 95, 35, 42, 70, 115, 154 və 183 mənzil olmuşdu.
Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 8-ci yerdədir.
Azərbaycanlılar Türkiyədə 2016-da 610 mənzil, 2017-ci ildə 942 mənzil, 2018-ci ildə 1250 mənzil, 2019-cu ildə 1191 mənzil, 2020-ci ildə 1279 mənzil alıblar.
Azı 250 min dollarlıq daşınmaz əmlak alanlara vətəndaşlıq verilən Türkiyədə xaricilərə satış sentyabrda illik 25,8% artıb və 6 min 630 ədəd ilə rekord qırıb. Yanvar-sentyabr dövründə keçən ilin eyni dövrü ilə müqayisədə artım 43,2% olub. Türk lirəsinin dəyərdən düşməsi xaricilərə daşınmaz əmlak satışlarının artmasına səbəb olur.
Türkiyə hökumətinin azı 250 min dollarlıq daşınmaz əmlak satın alanlara vətəndaşlıq verilməsini nəzərdə tutan qanunu qüvvəyə mindikdən sonrakı 3,5 ildə xaricilər Türkiyədə cəmi 140 min 730 ədəd daşınmaz əmlak satın alıblar.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 31 d. əvvəl
- 45 d. əvvəl
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
15 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
15 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
15 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
14 bəndlik ABŞ-İran sülh planı açıqlandı
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur

























