Dövlət şirkəti yeni növ qızıl sikkələr satışa çıxardı
“AzerGold” QSC tərəfindən yeni növ qızıl sikkələr satışa çıxarılıb.
Marja-ya daxil olmuş məlumata görə, ötən il Heydər Əliyev Mərkəzi ilə birgə təşkil edilmiş, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Ordumuzun Vətən müharibəsində əldə etdiyi şanlı qələbəyə həsr olunan “Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinin nəticələrinə əsasən, daha iki dizaynda - 5, 10, 20 qramlıq çəkilərdə qızıl sikkə kolleksiyaları istehsal edilərək qızılın dünya birjasındakı cari qiymətinə uyğun minimal marja ilə satışa çıxarılıb.
Müsabiqədə birinci yerin qalibi seçilmiş layihə əsasında istehsal edilən “Qarabağ inciləri” kolleksiyasının üzərində Qarabağın qədim memarlıq inciləri, tarixi abidələr təsvir olunub. Müsabiqənin “İzləyici rəğbəti” nominasiyası üzrə qalibinin layihəsi əsasında hazırlanan digər sikkə kolleksiyası isə Azərbaycanın musiqi ocağı, mədəniyyət beşiyi olan qədim Şuşa şəhərinə həsr edilib.
Yeni məhsullar Cəmiyyətin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən ilk Satış və mübadilə mərkəzində və onlayn satış platforması www.azergold.gift vasitəsi ilə alıcılara təqdim edilir. Əlavə olaraq, ilk dəfə mərkəzdə Cəmiyyətin istehsalı olan bütün sikkə və külçələrin qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı - mübadiləsi də təmin edilir.
Xatırladaq ki, “AzerGold” QSC tərəfindən yerli pərakəndə bazarı üçün “Made in Azerbaijan” nişanı ilə Azərbaycan qızılı və gümüşündən hazırlanan sikkələr ilk dəfə 2018-ci ildə istehsal edilmişdir. 3 müxtəlif qızıl və gümüş sikkə kolleksiyalarının üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasının “Çələbi” naxışının əks olunması Azərbaycanın müasirliyinin, tarix və incəsənətinin təbliğinə yönəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























