Çin hamını “borca otuzdurub”, amma xəbərləri yoxdur - yeni araşdırma
385 milyard dollar “gizli borc”. Ən çox borcu olansa Rusiyadır...Dünyanın ikinci ən böyük iqtisadyyatı olan Çin sürətlə inkişaf etməkdə olan ölkələr üzərində siyasi və xüsusilə iqtisadi nüfuz dairəsini genişləndirir. Ən mühüm alətlərdən biri bu ölkələrə yardım adı altında verilən irimiqyaslı borclardır. İnkişaf etməkdə olan ölkələrin Çin qarşısında öhdəliyi beynəlxalq təşkilatların və araşdırma mərkəzlərinin təxmin etdiyindən qat-qat çoxdur...
Marja xəbər verir ki, bu barədə ABŞ-ın Virciniya ştatının William&Mary kollecinin araşdırma mərkəzi olan AidData-nın yeni hesabatında qeyd olunur. Araşdrma komandası 2017-ci ilə qədər 18 il ərzində Çinin dünyanın 165 ölkəsində dəyəri 843 milyard dollar olan 13 mindən artıq inkişaf layihəsini təhlil edib.
Araşdırma göstərir ki, Çinin 2013-cü ildə elan etdiyi “Bir kəmər - Bir Yol” təşəbbüsü çərçivəsində 70-dn artıq ölkəyə müxtəlif sxemlər (birbaşa hökumətlərə, dövlət zəmanət əsasında iri şirkətlərə, banklara, iri infrastruktur layihələrinə) yatırdığı kredit vəsaitlərinin 385 milyard dolları “gizli borcdur” və rəsmi maliyyə hesabatlarında əks olunmur. Hazırda 42 dövlətin Çinə borcu ən yaxşı halda onların ÜDM-nin 10%-dən artıqdır.
Çinin ən çox “gizli borc” verdiyi ölkələrin siyahısında Rusiya liderlik edir - 125 milyard dollar. Daha sonrakı yerləri Venesuela (85,5 milyard dollar), Anqola (40,66 milyard dollar), Braziliya və Qazaxıstan (hər biri 39 milyard dollar) tutur. Bu borcların real aktivlərlə təminatına görə (76,6%) Rusiya 5-cidir. Borca görə ən çox əmlakları girovda olan ölkələr Ekvatoria Qvineya və Uqandadır.
Çin həm də daha bahalı və ağır şərtlərlə borc verir. Əgər beynəlxalq inkişafın maliyyələşdirilməsi layihələrinə OECD və Dünya Bakı çərçivəsində, eləcə də Almaniya, Yaponiya, Fransa kimi ölkələr tərəfindən verilən kreditlərin orta illik faizi 1,5%, ödəniş müddəti 25-28 ildirsə, Çinin verdiyi kreditlərdə faizlər minimum 4% və mddət 10 ildir.
ABŞ və Avropa İttifaqı Çinin sürətli ekpansiya siyasətini neytrallaşdırmaq üçün oxşar iqtisadi-maliyyə təşəbbüsləri irəli sürsələr də, hələlik Çin hamını qabaqlayır. Belə ki, hazırda beynəlxalq inkişafın maliyyələşdirilməsinə illik xərclənən vəsaitə (85 milyard dollar) görə Çin ABŞ və digər iri iqtisadiyyatları 2 dəfə üstələyir.
Nəticədə, Çin inkişaf edən ölkələrdə, xüsusən Afrikada sürətlə əsas iqtisadi gücə və söz sahibinə çevrilməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 5 gün sonra
-
- 6 d. əvvəl
-
7 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
35 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır
Mayda bank sektorunda çalışanların sayı azalıb
Ən çox oxunanlar
İyunun 26-da gözlənilən hava şəraiti
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA


























