Şimal Qütbündə neft axtarışı işləri iqlim narahatlıqlarına baxmayaraq davam edir
"Banklar da bu cinayətə ortaqdırlar"İri neft və təbii qaz şirkətləri, qlobal istiləşmə və buzlaqların əriməsinə dair narahatlıqlara baxmayaraq Şimal Qütbündə axtarışa davam edirlər.
Marja "Reclaim Finance"ın hesabatına istinadən xəbər verir ki, "Gazprom", "ConocoPhillips" və "TotalEnergies" bölgədə neft və qaz axtarmağa davam edirlər. Bu axtarışlar nəticəsində neft və qaz istehsalının qarşıdakı 5 ildə 20% artacağı nəzərdə tutulur. Bank sektoru da 2016-2020-ci illər arasında bu işlərə 314 milyard dollardan çox maliyyə təmin edib.
Hesabatı hazırlayanlardan biriolan Alix Mazounie, Şimal Qütbünün iqlim dəyişikliyi üçün bir bomba olduğunu qeyd edərək, "Neft və qaz sektoru bu bombanı partlatmaq mövzusunda israrçıdır. Lakin bu şirkətlər tək günahkarlar deyil, maliyyə təmin edən banklar da bu cinayətə ortaqdırlar", - deyib.
"ConocoPhilips" neft hasilatına sərmayələrini artırmağa davam edərkən "Royal Dutch Shell" kimi şirkətlər isə neft və qaz hasilatı sahəsindəki aktivlərini azaldaraq enerji istehsalı portfellərini şaxələndirməyə çalışır, bərpaolunan enerji istehsalına yönəlirlər.
"Shell", ABŞ-ın Permian hövzəsində olan ən mühüm neft sahəsini 9,5 milyard dollara "ConocoPhillips" şirkətinə satmağı qəbul etmişdir. "Shell" karbon qazı emissiyasını azaltmağa və daha çox bərpaolunan enerji istehsalın sərmayə yatırmağa çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
12 d. əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
35 d. əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
- 45 d. əvvəl
-
1 saat əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
1 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Ən çox oxunanlar
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
























