Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Uber gəlir və mənfəət proqnozunu artırdı, səhmləri “uçdu”

Tarixində ilk dəfə mənfəətə çıxa bilər...
AzVak-mobil_resmin_ustu_31
Uber gəlir və mənfəət proqnozunu artırdı, səhmləri “uçdu”

Qlobal texnologiya şirkəti, aylıq aktiv istifadəçi sayı 93 milyondan çox olan Uber gəlir və mənfəət proqnozunu yeniləyib.

Marja xəbər verir ki, şirkət ABŞ-ın Qiymətli Kağızlar və Mübadilə Komissiyasına (SEC) təqdim etdiyi sənəddə 2021-ci ilin 3-cü rübü üzrə 25 milyon dollara yaxın EBITDA (faiz, vergi və amortizasiya xərclərindən öncəki mənfəət) gözlədiyini bildirib.

Cari rüb üzrə Uber-in toplam sifarişlərinin (həm taksi, həm kuryer xidməti üzrə) həcminin 23 milyard dollardan çox olması gözlənilir. Şirkət həmçinin, bu ilin sonuncu rübündə 100 milyon dollara yaxın EBITDA gözləyir.

Xəbərdən sonra Uber-in səhmləri 7% bahalaşıb.

Xatırladaq ki, 2009-cu ild Ubercab kimi yaranan və ABŞ taksi bazarının 70%-dən çoxunu əlində saxlayan şirkət indiyə qədər mənfəətə çıxa bilməyib. Uber-in 2019-cu ildəki toplam zərəri 8 milyard dollardan çox, 2020-ci ildə isə 6,8 milyard dollar olub. Şirkət hazırkı nəticələri ilə tarixində ilk dəfə rübü mənfəətlə başa vurmağa yaxındır.

Uber
21.09.2021 15:46
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19