"İlin sonunadək 500 milyonluq kredit tələbi üzrə 60%-dək zəmanətin verilməsi gözlənilir"
Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən bu ilin 31 avqust tarixinə güzəştli kreditlər üzrə 945 investisiya layihəsinin maliyyələşdirilməsinə müsbət qərar verilib.
Bunu sualını cavablandırarkən Fondun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Osman Xaliyev deyib.
Onun sözlərinə görə, müraciətlər üzrə kredit tələbi 48,4 milyon manat təşkil edir. Təqdim olunan məlumatlar əsasında sahibkarlıq subyektləri tərəfindən yaradılacaq layihələr üzrə 1428 yeni iş yerləri açılacaq.
"Zəmanət və subsidiya mexanizmi üzrə 2020-ci ilin 30 iyun tarixindən bu proqram qüvvəyə minib, həmin tarixdən 31 avqustadək kredit tələbi 362,6 milyon manat olan 1 648 müraciətlərə 211,4 milyon manat dövlət zəmanəti verilib. Eyni zamanda, 362,6 milyon manat kredit üzrə faiz xərclərinin yarısının subsidiyalaşdırılması dövlət tərəfindən həyata keçiriləcək", - deyə O. Xaliyev qeyd edib.
O, mövcud kreditlərin faizlərinin subsidiyalaşdırılması məsələsinə toxunarkən qeyd edib ki, SİF-də 30 iyun 2020-ci il tarixindən 31 avqust 2021-ci tarixinədək 5 836 müraciət daxil olub. Bu müraciətlərin 4 770-i müsbət dəyərləndirilib və onlar üzrə faiz xərclərinin subsidiyalaşdırılacağı hissə 60,5 milyon manat təşkil edir.
"Bildiyiniz kimi, zəmanət və subsidiya mexanizmi proqramı 500 mln. manat kredit tələbi üzrə hesablanıb. Fond tərəfindən ilin sonunadək bu kredit tələbinə 60%-dək zəmanətin verilməsi gözlənilir. Hazırkı durumda 362,6 milyon manat tələbini qarşılanması baş verib. Söhbət 211,4 milyon manat zəmanətdən gedir. Gözləyirik ki, bu ilin sonunadək 500 milyon manat üzrə müraciətlər icra olunacaq", - deyə Fondun rəhbəri bildirib.
Müraciətlərin sayına gəldikdə, O. Xaliyev əlavə edib ki, 2020-ci ildə 433 müraciət daxil olmuşdursa, 2021-ci ildə bu müraciətlərin sayı 1 215 təşkil edib və bununla da, ümumi rəqəm 1 648-ə çatıb.
"2020-ci ilin ilk yarısı üzrə göstərici bu ilin 8 ayının göstəricisi ilə (2 ay fərq olduğuna baxmayaraq) müqayisə etdikdə, 3 dəfəyə yaxın artımın olduğunu görmək olar. Kommersiya banklarında maraq yüksəkdir, ümidvarıq ki, sözügedən proqramı ilin sonunadək icra edəcəyik", - deyə O. Xaliyev qeyd edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 2 gün sonra
-
- 10 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı




























