Kapital Bank minaların təmizlənməsi prosesinə dəstək göstərir
(®️) Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq işğaldan azad olunan torpaqlarda minalardan təmizlənməsi prosesinə də öz töhfəsini verir. Belə ki, bank, minaların aşkar edilib zərərsizləşdirilməsi prosesinə dəstək göstərərək, yeni layihəyə dəstək göstərib.
Layihə çərçivəsində 26 avqust 2021-ci il tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov və Marşal İrsi İnstitutunun (MLI) prezidenti Perri Baltimorun iştirakı ilə anlaşma memorandumu imzalanıb. Memorandum çərçivəsində 2023-cü ilə qədər Amerikadan Azərbaycana xüsusi təlim keçmiş 30 minaaxtaran it gətiriləcək.
İmzalanma mərasimində iştirak edən Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Sadiq layihədə iştirakın əhəmiyyətindən danışıb və dördayaqlılara bu çətin işdə uğurlar arzulayıb. İtlərdən biri rəmzi olaraq Kapital Bank tərəfindən “Birinci” adlandırılıb və onun üzərinə bankın adının əks olunduğu xüsusi xalta bağlanılıb.
Qeyd edək ki, tədbirdən əvvəl, 25 avqust 2021-ci il tarixində MLI və ANAMA nümayəndələri və digər təşkilatçılar Füzuliyə gətirilən 10 baş minaaxtaran itə baş çəkiblər, onların saxlanması, qidalanması və gələcək akkreditasiya prosedurları barədə geniş məlumatlar alıblar.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 33 d. əvvəl
-
-
59 d. əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI



























