Azərbaycan Almaniyadan avtomobil idxalını kəskin artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycana Almaniyadan ümumi dəyəri 77 milyon 107 min ABŞ dolları olan 6 385 yeni minik avtomobili idxal edilib.
Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 52,2%, dəyər ifadəsində isə 42,6% artıb.
İdxal edilən yeni avtomobillərin çoxu mühərrikinin həcmi 1 000-1 500 kub sm (8 milyon 360 min dollarlıq 2 374 vahid) olan avtomobillər olub. Dəyər ifadəsində isə idxalda ən böyük pay sahibi mühərriklərinin həcmi 1 500-3 000 kub sm olan (47 milyon 342 min dollarlıq 1 678 ədəd) nəqliyyat vasitələri olub.
Qeyd edək ki, cari ilin ilk yarısında Almaniyadan Azərbaycana dəyəri 1 milyon 328 min dollar olan 24 hibrid minik avtomobili gətirilib. İdxal olunmuş tam elektrik mühərrikli avtomobillərin sayı isə 10-a bərabər olub (758,18 min dollar dəyərində).
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
1 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
6 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb
























