Qlobal bazarlar kritik məlumatları gözləyir
Qlobal bazarlar ABŞ-da məşğulluq məlumatlarına fokuslanıb. Marja xəbər verir ki, İyun ayında 850 min artım qeyd edən kənd təsərrüfatı sektoru xaric məşğulluqda iyul ayında 858 - 870 min nəfərlik artım açıqlanacağı gözlənilir.
ABŞ-da kritik məşğulluq məlumatlarından əvvəl, Wall Street indeksləri Cümə axşamı günü rekord səviyyələrdən bağlanıblar. Delta variantının iqtisadiyyat üzərindəki mənfi təsirlərinə dair narahatlıqlara qarşı, şirkətlərin güclü maliyyə göstəriciləri rekorda səbəb olub.
Bloomberg Dollar İndeksi də bu səhər yüksəlişə keçib.
ABŞ-da işsizlik nisbətinin 5,9%-dən 5,7%-ə gerilədiyi təxmin edilir. Bu kritik məlumatlardan əvvəl, işsizlik müavinətinə müraciət edən amerikalıların sayını göstərən həftəlik göstərici 385 min səviyyəsində açıqlanıb.
İşsizlik müavinəti üçün müraciət edilərin sayı 2 həftədir azalır. Dövlət yardımları üçün edilən müraciət edilər də 24 İyulda sona çatan həftədə 2,93 milyon nəfər olmaqla pandemiya dövründə yeni bir ən aşağı səviyyəyə düşüb.
Bloomberg Economics-ə (BE) görə, açıqlanacaq məlumat İyul ayında məşğulluğun sürət qazandığına işarə edəcək. BE iqtisadçısı Eliza Winger, həftəlik işsizlik müavinəti müraciətləri məlumatının, azalmanın payızda da davam edəcəyi istiqamətindəki fikirini dəstəklədiyini bildirib. Winger, koronavirusun Delta variantının aşağı istiqamətli bir risk yaratdığını, ancaq məşğulluq bazarındakı artıma məhdud bir təsir nəzərdə tutduqlarını söyləyib. BE məşğulluqda 950 min artım gözləyir.
Minneapolis Fed sədri Neel Kashkari də payızda məşğulluq bazarının daha güclü olacağı mövzusunda optimist olduğunu bildirib.
Senator Joe Manchin, iqtisadiyyatın həddindən artıq qızmasından narahat olduğunu bildirərək, Fed-i qiymətli kağız alışını azaltmağa başlamaq çağırışı edib.
Həmçinin oxu
Qızıl üçün gözlənilən gün gəldiMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























