Sabaha olan hava proqnozu açıqlandı
Küləkli hava sabah da davam edəcəkİyulun 28-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 20-22° isti, gündüz 24-26° isti,
Bakıda gecə 20-22° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 70-80 % olacaq.
Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən iyulun 28-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi əsasən əlverişli olsa da, güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 19-24° isti, gündüz 29-34° isti, dağlarda gecə 11-16° isti, gündüz 18°-dək isti olacaq.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 47 d. əvvəl
-
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 3 saat əvvəl
-
4 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 21-də gözlənilən hava şəraiti
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
Tesla-dan böyük qiymət endirimi
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb

























