Mediasiya haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir
Mediasiya haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçiriləcək iclasında birinci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 602-2-ci maddəyə əsasən, “Mediasiya haqqında” qanuna uyğun olaraq Medasiya Şurasının üzvlüyünə qəbul edilmədən fiziki şəxsin mediator fəaliyyəti ilə məşğul olmasına, hüquqi şəxsin mediasiya təşkilatı kimi və (və ya) mediasiya təlimi sahəsində fəaliyyət görməsinə görə fiziki şəxslər min manat məbləğində, vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə ediləcək.
Medasiya təşkilatları, mediatorlar, mediasiya təlimi qurumları tərəfindən mediasiya reyesterində onlar barədə olan məlumatlarda baş vermiş dəyişikliklər barədə “Mediasiya haqqında” qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatların verilməməsinə görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə ediləcək.
Mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən “Mediasiya haqqında” qanunda nəzərdə tutulmuş konfidensiallıqla bağlı qaydaların pozulmasına görə fiziki şəxslər səkkiz yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə ediləcək.
Mediasiya zamanı mediatorun fəaliyyətinə müdaxilə edilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə ediləcək.
Mediator tərəfindən uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyinin alınmamasına, habelə ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə beş yüz manat cərimə edilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
6 d. əvvəl
"Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
-
9 d. əvvəl
AZAL 15 gündə Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
-
54 d. əvvəl
Bu gün PAŞA Bank-ın səhmləri ticarətə buraxılır - yerləşdirmə başlayır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur





























