Aqrar Xidmətlər Agentliyinin sədri deputata cavab verdi
“Torpaqların aqrokimyəvi analizə cəlb olunması “Fitosanitar nəzarət haqqında” qanunun tələbidir və burada qanunvericiliyə zidd heç nə yoxdur”.
Bunu açıqlamasında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev millət vəkili Əli Məsimlinin dünən parlamentin iclasında səsləndirdiyi fikirlərlə cavab olaraq bildirib.
O qeyd edib ki, əkin sahələrinin aqrokimyəvi analizə cəlb olunması torpaqların münbitlik xassələrini öyrənməyə, mineral və üzvi gübrələrə tələbatı müyyənləşdirməyə imkan verir: “Torpaq resurslarından daha səmərəli istifadə etmək üçün ilkin mərhələdə 10 hektardan çox sahəsi olan fermerlərin sahələri aqrokimyəvi analizlərə cəlb olunub. Gələcəkdə mərhələli şəkildə bütün əkin sahələri bu cür analizlərə cəlb olunacaq. Təcrübə göstərir ki, torpağın aqrokimyəvi göstəricilərinin öyrənilmədən əkilib-becərilməsi və gübrələrdən kortəbii istifadə onun münbitliyinin aşağı düşməsinə, məhsuldarlığın ildən-ilə azalmasına səbəb olur. Bu səbəbdən torpaqdan uzunmüddətli və davamlı istifadəni təmin etmək, bitkiyə lazım olan gübrə növünü və miqdarını müəyyənləşdirmək üçün analizlərin verilməsi zəruridir. Kənd Təsərrüfatı Nazirliyi torpaqlardan səmərəsiz istifadəyə qarşı mövqeyi dəyişməzdir və bu istiqamətdə tədbirlərimiz davam edəcək”.
AXA sədri əlavə edib ki, cəmiyyətdə nüfuzu olan şəxslərin, millət vəkillərinin hansısa məsələni səsləndirməzdən öncə mövzu ətrafında araşdırma aparması, müvafiq dövlət qurumuna sorğu ilə müraciət etməsi daha yaxşı olardı: “Subsidiya siyasəti torpaq və su resurslarından səmərəli istifadə etməklə məhsuldarlığı artırmağa hesablanıb, torpaqların icbari qaydada aqrokimyəvi analizə cəlb olunması da bu siyasətin tərkib hissəsidir. Bu istiqamətdə görülən işlərlə bağlı sualı olanlar Agentliyimizə sorğu göndərərək, ətraflı məlumat ala bilər”.
Xatırladaq ki, deputat Əli Məsimli parlamentin ötən gün keçirilən iclasında insanların xeyli hissəsinin kənd təsərrüfatı ilə bağlı verilən subsidiyaları ala bilmədiyini, aidiyyəti nazirliklərin subsidiyalarla bağlı janqlyorluq etdiklərini bildirmişdi. Onun sözlərinə görə, nazirliklər subsidiya verən zaman torpaqların analizini tələb edir: “Bu, subsidiyanın yerdə qalan hissəsini kəndliyə verməmək üçün bəhanədirmi?! Bu, səriştəsizlikdir, ya Azərbaycan xalqının Vətən müharibəsində qazandığı ruh yüksəkliyini aşağı salmaq üçün tələdir?!”
Marja.az Telegramda: https://t.me/marjaaz
“Qafqazinfo”
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 5 saat sonra
-
-
6 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
10 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 11 saat əvvəl
-
13 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
13 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb


























