Azərbaycanda nəhəng aqrokompleks fəaliyyətə başlayacaq
Bu ilin sonlarında Azərbaycandan Avropa, Rusiya və digər MDB ölkələrinə məhsul ixracını həyata keçirəcək nəhəng aqrokompleks - “FOODCİTY AGROPARK” MMC fəaliyyətə başlayacaq.
Xaçmaz rayonunun Xudat şəhərində yerləşən aqrokompleksin tikintisinə ötən ilin sentyabr ayında “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin 16 aprel 2014-cü il tarixli fərmanına əsasən start verilib.
12 hektar ərazidə salınmış aqrokompleks daxilində logistika mərkəzi, nəzarət-buraxılış məntəqələri, dövlət qurumları üçün inzibati binalar, soyuducu saxlanma anbarları, çeşidləmə-qablaşdırma sahələri ilə yanaşı ofis, qonaq evi, restoran və digər yardımçı tikililərin inşası da nəzərdə tutulub. Aqrokompleksin uğurlu coğrafi mövqeyi – şimal sərhəd zonasına və dəmir yolları xəttinə yaxın məsafədə yerləşməsi iqtisadi artım və vahid pəncərə sistemi üçün əlverişli şəraitin yaradılmasına bir təkandır.
“FOODCİTY AGROPARK” MMC-nin İnzibati İdarəetmə Departamentinin müdiri Şahin Əsgərov aqrokompleksin əsas hədəflərini açıqlayıb:
“Ölkə üzrə ərzaq təhlükəsizliyinin təmin olunması, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması, genişmiqyaslı marketinq siyasəti, regionda ilk olaraq tam akkreditasiyalı, ixrac sertifikatlı laboratoriyanın yaradılması qarşıya hədəf kimi qoyulub. Həmçinin kənd təsərrüfatı məhsullarının ilin bütün fəsillərində satışının təmin edilməsi, vahid pəncərə sisteminin yaradılması, zay məhsul həcminin minimuma endirilməsi, fermerlər üçün daha geniş bazarlara çıxış imkanları, yeni iş yerlərinin yaradılması və ixtisaslı kadrların hazırlanması, milli brendlərin yaradılması ən vacib hədəflərimizdir”.
Aqrokompleksdə istifadə olunacaq avadanlıqların hamısı Avropa ölkələrindən –İtaliya, Fransa, Almaniya və digər ölkələrdən alınıb. Bunlar çeşidləyici skanerlər, elektromexaniki qurğular, çəkib, qablaşdırıb çıxışa verən avadanlıqlar, avtomatik polipləmə, polet bağlama, qablaşdırma, meyvə-tərəvəzin keyfiyyətli axınının təminetmə sistemi, yuyulma qurğuları, meyvə və tərəvəzin yuyulub saxlanılması üçün xüsusi növ bunkerlərdir. Artıq şirkətlərlə müqavilələr bağlanıb və avadanlıqların gətirilməsi prosesinə başlanılıb.
Parklanma ilə birlikdə ümumi sahəsi 14-16 hektar olan “FOODCİTY AGROPARK” MMC-nin 12 hektar ərazisi aktiv fəaliyyət üçün nəzərdə tutulub. Kompleksdə 18 min tonluq soyuducu anbarlar quraşdırılıb. Bu, respublikada əkilən bütün növ meyvə və tərəvəzləri saxlamağa imkan verir. Kompleksdə alma, gilas, xurma və digər meyvələrin çeşidlənməsi, qablaşdırılması və saxlanması üçün qurğular alınıb. Aqrokompleksin ölkədə ixracın 70 faiz yükünü daşımaq imkanı var.
Departament rəhbərinin sözlərinə görə, aqrokompleksdə həmçinin istehsal sahəsi də nəzərdə tutulub. Burada “Azorganica” MMC brendi altında yalnız orqanik məhsullar istehsal olunacaq. Həmin məhsullara meyvə şirələri, pasta və pürelər daxildir. Məqsəd isə zay məhsul həcmini minimuma endirməkdir:
“Əsas işimiz ixrac potensialının möhkəmləndirilməsidir. Şirkətin mərkəzi ofisi Bakıda, “FOODCİTY AGROPARK”ın özünün idarəetməsi isə Xudatda olacaq. Başlanğıc üçün 150 yeni iş yerinin açılması planlaşdırılır. 3 ay sonra isə iş yerlərinin 600-ə çatdırılması nəzərdə tutulur. Artıq aqrokompleksdə çalışacaq bir çox işçi xaricdə ixtisaslaşma keçir. Kompleks fəaliyyətə başlayanda həmin kadrlar işə başlayacaqlar. Bu, bizim üçün çox önəmlidir”.
“FOODCİTY AGROPARK” yerli əhalini də nəzərə alıb. Əsas prinsip ölkədən ixrac üzərində qurulsa da, yerli əhali üçün də müasir formatda bazarın yaradılması nəzərdə tutulub. Şahin Əsgərovun sözlərinə görə, aqrokompleksdən Rusiya, digər MDB ölkələri və Avropa ölkələrinə ixrac məhsullarının göndərilməsi planlaşdırılır:
“Sahibkar, fermer əraziyə daxil olub heç bir başqa yerə müraciət etmədən bütün lazım olan prosesləri kompleks daxilində, vahid pəncərə sistemi vasitəsilə həyata keçirəcək. Bu da regionda baş verən gömrük və digər əməliyyatların tam şəffaf şəkildə həyata keçirilməsinə imkan verəcək. Sahibkar hansı ölkəyə, hansı formada məhsul göndərmək və ya saxlamaq istəyirsə aqroparka yaxınlaşaraq məlumat verir. Yarım saat ərzində bütün sənədlər gətirilir, möhürlənərək yola salınır. Hədəfimiz həm də ölkədə tranzit yüklərin inkişafıdır. Türkmənistan, Özbəkistan, Qazaxıstandan Rusiyaya gedən yükləri dəniz yolu ilə gətirib dəmir yolu vasitəsilə yola salmağı nəzərdə tuturuq. Rusiyaya adi halda həmin yüklər 20 günə, bir aya gedib çıxırdısa, burada vaxt sərfiyyatının 3 dəfə azalması, həmçinin xərcin 2 dəfə azalması baş verir”.
Qeyd edək ki, “FOODCİTY AGROPARK” MMC ilə dövlət qurumları arasında birgə fəaliyyətlə bağlı memorandumlar imzalanma mərhələsindədir. Bura İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, AQTA, KOBİA və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu aiddir.
“FOODCİTY AGROPARK” MMC-nin fəaliyyətinin respublikamızda həyata keçirilən uğurlu iqtisadi siyasətin dəstəklənməsi istiqamətində öz rolu və töhfəsi olacaq.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 5 saat sonra
-
-
6 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
10 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 11 saat əvvəl
-
13 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
13 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb



























