Azərbaycanın ərzaq balansının tərtib olunması qaydası dəyişib
Nazirlər Kabineti “Ərzaq balansının tərtib olunması Qaydası”nı təsdiq edib.
Yeni Qaydanın təsdiqlənməsi ilə əlaqədar “Ərzaq balansının tərtib olunması Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2009-cu il 20 noyabr tarixli qərarı ləğv edilib.
Ərzaq balansı ərzaq və xammal kimi istifadə edilən yeyinti məhsullarının istehsalını, istehlakını və dövriyyəsini özündə əks etdirən məlumat toplusudur. Ərzaq balansı hesabat ilinin, cari ilin gözlənilən və növbəti ilin proqnoz göstəricilərindən ibarət cədvəl formasında tərtib olunur. Ərzaq balansının hesabat ili üzrə göstəricilərinin hesablanması Dövlət Statistika Komitəsi tərəfindən İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış metodologiya əsasında həyata keçirilir. Ərzaq balansının cari il üzrə gözlənilən və növbəti il üçün proqnoz göstəriciləri İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanır.
Ərzaq balansının hesabat ili üçün göstəriciləri aşağıdakı məhsul növləri üzrə tərtib olunur:
- buğda;
- sair dənlilər;
- dənli paxlalılar;
- un;
- çörək və çörək məmulatları;
- düyü;
- yarmalar;
- makaron məmulatları;
- kartof;
- soğan;
- sair tərəvəzlər;
- bostan məhsulları;
- meyvə və giləmeyvələr;
- ət və ət məhsulları;
- süd və süd məhsulları;
- pendir;
- yumurta;
- balıq və balıq məhsulları;
- bitki yağları;
- marqarin;
- kərə yağı;
- meyvə və tərəvəz konservləri;
- şəkər;
- qənnadı məmulatları;
- çay;
- duz.
İqtisadiyyat Nazirliyi tərəfindən ərzaq balansının cari il üzrə gözlənilən və növbəti il üçün proqnoz göstəriciləri aşağıdakı məhsul növləri üzrə aparılır:
- buğda;
- sair dənlilər;
- un;
- kartof;
- soğan;
- meyvə və giləmeyvələr;
- ət və ət məhsulları;
- quş əti və məhsulları;
- süd və süd məhsulları;
- yumurta.
Aidiyyəti orqanlar ərzaq balansının hesabat ili üzrə göstəricilərinin tərtibi üçün müvafiq illik məlumatları aşağıdakı müddətlərdən gec olmayaraq Statistika Komitəsinə təqdim edirlər:
- Föqəladə Hallar Nazirliyi - dövlət ərzaq ehtiyatlarına dair məlumatları yanvarın 15-dək;
- Kənd Təsərrüfatı Nazirliyi - “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemi”ndə qeydiyyatdan keçmiş təsərrüfat subyektlərinin buğda istehsalı barədə, habelə istixana, taxıl elevatorları və soyuducu anbarlar üzrə məhsul satışı, qalıqları və itkiləri barədə mövcud məlumatları yanvarın 30-dək;
- Dövlət Gömrük Komitəsi - müvafiq ərzaq məhsullarının (o cümlədən buğdanın siniflər üzrə) idxal-ixracı barədə məlumatları yanvarın 15-dək;
- yerli icra hakimiyyəti orqanları - bələdiyyələrin məlumatlarını nəzərə almaqla, kənd təsərrüfatı məhsullarının istehsalına dair məlumatları yanvarın 20-dək.
- Dövlət Statistika Komitəsi rəsmi statistika hesabatları ilə əhatə olunması mümkün olmayan göstəricilərin əldə edilməsi məqsədilə xüsusi sorğular vasitəsilə əldə edilmiş məlumatları martın 15-dək ümumiləşdirir.
Dövlət Statistika Komitəsi ərzaq balansının hesabat ili üçün tərtib olunmuş ilkin göstəricilərini fevralın 10-dək, yekun göstəriciləri isə iyulun 15-dək İqtisadiyyat Nazirliyinə təqdim edir. Ərzaq balansının cari il üzrə gözlənilən və növbəti il üçün proqnoz göstəricilərinin tərtibi üçün aşağıdakı məlumatları sentyabr ayının 20-dən gec olmayaraq İqtisadiyyat Nazirliyinə təqdim edirlər:
Kənd Təsərrüfatı Nazirliyi - kənd təsərrüfatı məhsullarının istehsalına dair cari ilin gözlənilən və növbəti il üçün proqnoz göstəriciləri və “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemi”ndə qeydiyyatdan keçmiş taxıl elevatorları və soyuducu anbarlarda cari ilin 6 ayının yekunları üzrə məhsul qalıqları və itkiləri barədə mövcud məlumatları;
- Fövqəladə Hallar Nazirliyi - dövlət ərzaq ehtiyatlarına dair cari ilin 8 ayının yekunları üzrə məlumatları və cari ilin sonuna gözlənilən və növbəti il üçün proqnoz göstəriciləri;
- Dövlət Statistika Komitəsi - ərzaq məhsullarının istehsalına dair cari ilin 8 ayının yekunları üzrə məlumatları;
- Dövlət Gömrük Komitəsi - ərzaq məhsullarının (o cümlədən buğdanın siniflər üzrə) idxal-ixracı barədə cari ilin 8 ayının yekunları üzrə məlumatları;
- ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı sahəsində fəaliyyət göstərən subyektlər və əlaqəli dövlət qurumları – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin sorğu məktubuna uyğun olaraq müvafiq məlumatlarını.
- İİqtisadiyyat Nazirliyi təqdim olunmuş məlumatlar əsasında hazırlanan və hesabat ili, cari il üzrə gözlənilən və növbəti il üçün proqnoz göstəricilərini özündə əks etdirən ərzaq balansını oktyabr ayının 15-dək Nazirlər Kabinetinə təqdim edir.
Ərzaq balanslarının tərtibi zamanı dövlət sirri təşkil edən məlumatların mühafizəsi, məxfiləşdirilməsi, istifadə edilməsi və digər məsələlər qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.
XXX
Nazirlər Kabineti “Ərzaq balansının tərtibi mexanizminin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edib.
Tədbirlər planına əsasən, 2021-ci il ərzində Dövlət Statistika Komitəsi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsinə mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla ərzaq balansının hesabat ili üzrə göstəricilərinin hesablanması metodologiyasının təkmilləşdirilməsi tapşırılıb.
Cari ildə Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsinə istehsal, idxal və ixrac olunan buğdanın təyinatı və (və ya) siniflər üzrə bölgüsü barədə məlumatları əldə etmək məqsədilə mövcud təsnifat sistemlərinin təkmilləşdirilməsi tapşırılıb.
Eyni zamanda, hər il yanvar ayının 30-dək Kənd Təsərrüfatı Nazirliyi buğdanın istehsalı və anbar qalıqları barədə “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”ndə mövcud olan məlumatların İqtisadiyyat Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Qida Təhlükəsizliyi Agentliyinə təqdim etməlidir.
2021-ci ildən başlayaraq yerli icra hakimiyyəti orqanları, Dövlət Statistika Komitəsi tərəfindən kənd inzibati ərazi dairələri üçün təsərrüfatbaşına uçot kitablarında ailə kəndli və ev təsərrüfatları üzrə məlumatların vaxtında və keyfiyyətlə doldurulmasının təmin olunması üçün nəzarət tədbirlərinin görülməlidir.
APA
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 10 saat sonra
-
-
52 d. əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
5 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
7 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb


























