Unibankda qərarlar daha operativ veriləcək - YENİ MODELƏ KEÇDİ
Unibank daha çevik idaretmə modelinə keçibBank sektorunda sürətli yeniliklərə və bazardakı müsbət dəyişikliklərə hər zaman ilk adekvat cavab verən banklardan olan Unibank, korporativ idarəçiliyində yenilik edib.
Bankdan Marja-ya daxil olmuş məlumatada bildirilir ki, yeni idarəçilik modelinə əsasən, qərarların daha operativ verilməsi üçün bankda İcraedici Komitə yaradılıb. Komitənin rəhbəri İdarə Heyəti sədrinin birinci müavini İqor Okayev, müavini isə İdarə Heyəti sədrinin müavini Fərid Abuşovdur.
Unibank KB İdarə Heyətinin sədri Faiq Hüseynov “Unibank”ın yeni strateji planına uyğun olaraq, yaxın illərdə bank komandasının qarşısında böyük planlar durduğunu qeyd edib: “Biz əminik ki, “Unibank”ın güclü top-menecmenti bu planların öhdəsindən layiqincə gələcək. Yeni struktur, qarşıya çıxan məsələləri daha çevik və operativ həll etməyə, sürətli dəyişikliklər və innovasiyaları dəstəkləyərək, bütün menecerləri strateji xarakterli məsələlərin həllinə cəlb etməyə imkan verəcək. Bankın bütün səviyyələrində işləyən mütəxəssislərın inkişafına daha çox imkanların yaradılmasına xidmət edən bu idarəetmə modeli, qərarların kollegial qaydada verilməsini təmin edəcək”.
Unibank KB-nin İcraçı Direktoru İqor Okayev bankın dördüncü onilliyə daha güclənmiş komanda ilə daxil olması və bazarda öz mövqeyini daha da gücləndirməsi istiqamətində işlərin uğurla həyata keçiriləcəyinə əminliyini bildirib: “Sürətlə yenilənən texnologiya və müştərilərin bu texnologiyaya artan tələbləri, bu sahədə bank sektorunda olan yüksək rəqabət qərarların daha çevik verilməsini zəruri edir. İnanıram ki, bizim yeni struktur daha çevik, kollegial və düzgün qərarlar verməklə, Bankın qarşısında duran hədəflərə çatmasına nail olacaq.”.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 28 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
17 d. əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
-
29 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Rəsmi məzənnələr açıqlandı
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib

























