Avro və funt ucuzlaşa bilər - SON VƏZİYYƏT
Maliyyə bazarlarında son vəziyyət - 01.03.2021EUR.
Amerikanın sənaye və əmək bazarına dair proqnozların yüksəlməsi, gəlirliliyin azalması ehtimalları fonunda EUR/USD ucuzlaşmağa başlayıb. Beləliklə, avro 1.21$-ın altında qaldıqda 1.19$-a kimi ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılır.
GBP.
AB ilə İngiltərə arasında iqtisadi risklərin artması, GB/PUSD məzənnəsinin də ucuzlaşmasına səbəb olur. Burada isə təhlillərə əsasən, 1.40$-ın altında qalan funt sterlinqin 1.37$-a kimi ucuzlaşa bilər.
TRY.
TCMB-nin növbəti dəyişməz faiz qərarından sonra USDTRY məzənnəsi 7.48TL-ə kimi bahalaşıb. Hazırda korreksiya edən məzənnə, yenidən 7.42TL-nin üzərində möhkəmlənərsə, 7.64TL-yə kimi də bahalaşa bilər.
Bununla yanaşı, çərşənbə günü Bakı vaxtı ilə saat 11:00-da dərc ediləcək Türkiyədən inflyasiya göstəriciləri də investorların diqqət mərkəzindədir.
OIL.
Qlobal enerji bazarlarında təklifin artması proqnozları, Avropanın Brent neftinin bir barel qiymətinin 64$-a kimi korreksiyasına səbəb olmuşdur və 66$ ilə aralıqda ticarət ediləcəyi proqnozlaşdırılır.
Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Qlobal iqtisadi risklərin azalması və inkişaf proqnozlarının artması, əlvan metallar bazarlarında güvənli liman sərmayə aləti kimi qızıla olan tələbi də azaltmışdır. Təhlillərə əsasən, bir unsiya üzrə qiymət 1730$-ın (55.6 $/qram) qırılması ilə 1660$-a (53.4 $/qram) kimi dəyər itirə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
7 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
13 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























