Azərbaycanda 8 sığorta şirkətinin yığımları azalıb
Bu ilin yanvar ayının yekununa görə, Azərbaycandakı 20 sığorta şirkətindən 11-nin yığımları illik müqayisədə artıb, 8-nin yığımları azalıb, 1 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC) ötən ilin yanvar ayında bazarda olmadığı üçün onun yığımlarında dinamika qeydə alınmayıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, ötən ay yığımları illik müqayisədə ən çox artan şirkət "Xalq Həyat Sığorta" ASC-dir. Bu şirkət ay ərzində 360 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 90,2% çoxdur.
Daxilolmaları ən az artan şirkət isə “Naxçıvan Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 123 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 1,1% çoxdur.
Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət bazarı tərk etməyə hazırlaşan “Rəvan Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 100% azalıb. Yığımlarda azalma baxımından ən yaxşı vəziyyət isə “A-Qrup Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 5,2% azalaraq 1,684 milyon manata düşüb.
8 sığorta şirkətinin ödənişləri artıb
Bu ilin yanvar ayının yekununa görə, Azərbaycandakı 20 sığorta şirkətindən 8-nin ödənişləri illik müqayisədə artıb, 9-nun ödənişləri azalıb, 3 şirkət (“Naxçıvan Sığorta”, “Xalq Həyat Sığorta” və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-lər) ötən ilin eyni dövründə ödəniş etmədiyi üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, ödənişləri ən çox artan şirkət Dövlət Sığorta Kommersiya Şirkətidir (“Azərsığorta”). Bu şirkət ay ərzində 15,517 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 11,4 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “A-Qrup Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri 698 min manat təşkil edib ki, bu da illik müqayisədə 12,4% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Xalq Sığorta" ASC-dədir. Bu şirkət ay ərzində 1,506 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 12,5% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə bazarı tərk etməyə hazırlaşan “Rəvan Sığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 86,9% azalaraq 9 min manata düşüb.
Marja.az Telegramda: https://t.me/marjaaz
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
16 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
-
33 d. əvvəl
Subway Azərbaycana gəldi: ilk restoranlar istifadəyə verildi, yeni planlar açıqlandı
- 50 d. əvvəl
-
56 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim





























